İranda daha üç iaşə obyekti bağlandı
Urmiya komandası İran Voleybol Premyer Liqasında daha üç xal qazandı
Azərbaycan və Türkiyə XİN rəhbərləri görüşüb
Küveyt İran səfirini Xarici İşlər Nazirliyinə çağırdı
İranda daha 9 məhbus edam edildi
Ceyhun Bayramov Ankarada TDT XİN Şurasının iclasında iştirak edib
İran edam və repressiyaları dərhal dayandırmalıdır- Hollandiya
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik ünvanlayıb
Rəsmi Seul Hörmüz boğazına hərbi qüvvə göndərməklə bağlı ABŞ-la danışıqlar aparır
Ceyhun Bayramov Türkiyəyə səfər edib
Qəzvinli fəal həbs edildi
Türkiyədə Cümhuriyyət Günü qeyd olunur
Tramp İranla müharibəni çox qısa müddətdə başa çatdırmaq niyyətindədir
İran polisi daha bir bəlucu öldürdü
İran məhkəməsi daha bir bəhaiyə ağır həbs cəzası verdi
İsrail və ABŞ razılaşıb: İrana genişmiqyaslı hücum bərpa ediləcək
Türkiyədə ABŞ İran arasında görüş keçirilməsi təklif edilib
İran Əmək Nazirliyinin rəsmisi ilin sonunadək 1 milyon 400 min iş yerinin itirilməsi təhlükəsi barədə xəbərdarlıq edib
Əmirhüseyn Ağayi Təbrizdə həbs edilib
Güneyli fəal Mehrdad Qaderi Təbriz həbsxanasına köçürülüb
İranda illik inflyasiya 76,8 faizə çatıb: ərzaq məhsullarında kəskin bahalaşma
Küveyt İran səfirini çağırıb
Ramil Həsən Cevdet Yılmazla Azərbaycan-Türkiyə münasibətlərini müzakirə edib
ABŞ İsrailə daha çox “Patriot” hava hücumundan müdafiə sistemi göndərir
Sabah Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqləyib
Allahşükür Paşazadə: Dindarlar hər zaman dövlətimizin yanındadırlar, xaricdən gələcək hər bir təxribata cavab verməyə hazırıq
Iranda daha altı məhbus edam edilib
İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
Sulduzlu sosial media fəalı müvəqqəti olaraq sərbəst buraxılıb
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
Tramp seçkilərdən sonra İrana zərbə endirilməsinin mümkün olduğunu bildirib
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
ABŞ İranın Amerika hərbi gəmilərinin Hörmüzdən çıxması barədə bəyanatını təkzib edib
CNN: ABŞ İrana genişmiqyaslı hərbi zərbələr endirməyə hazırlaşır
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
Ərdəbilli fəal həbs edilib
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
İraqlı etirazçılar: “İran, itlərini geri çək!” (Video)
İran işğalçı rejiminin Azərbaycan Respublikasında din və hicabı müdafiə etməsi, işğal altındakı Əhvazda isə sünnilərin və vilayəti-fəqihə tabe olmayan şiələrin toplantılarını qadağan etməsi və onları həbs etməsi arasındakı ziddiyyət!!
İranda Güneyli rejissor həbs və əmlakının müsadirəsi cəzasına məhkum edilib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
AMERİKA QAZAXISTANI RUSİYADAN QOPARMAQ İSTƏDİ Kondoliza Rays: “Moskva Mərkəzi Asiyada heç bir xüsusi imtiyaza malik ola bilməz” Vaşinqton Xəzər bölgəsindəki enerji maraqlarının təhlükədə olmasından təşvişə düşüb ABŞ Rusiyanın Gürcüstana hərbi müdaxiləsindən sonra Mərkəzi Asiya bölgəsindəki strateji enerji maraqlarını xilas etmək üçün bir-birinin ardınca bölgəyə yüksək rütbəli rəsmilər ezam edir. Vitse-prezident Dik Çeyninin Bakıya və Tiflisə səfərindən az sonra ABŞ Dövlət Departamentində ikinci şəxs hesab edilən Con Neqraponte ötən həftə Azərbaycan rəhbərliyi ilə danışıqlar apardı. Onun ardınca dövlət katibi Kondoliza Rays ABŞ-ın Xəzər bölgəsindəki enerji maraqları baxımından əsas məntəqələrdən biri olan Qazaxıstana səfər edib. Astanaya oktyabrın 5-də gələn Rays bəyan edib ki, Qazaxıstan Rusiyanın təsir dairəsində ola bilməz. Astanada bu ölkənin xarici işlər naziri ilə apardığı danışıqlardan sonra Kondoliza Rays bildirib ki, Rusiya Mərkəzi Asiyada heç bir xüsusi imtiyazlara malik ola bilməz. Onun sözlərinə görə, Qazaxıstan müstəqil bir ölkədir və kiminlə dostluq etməsi onun öz işidir. Dövlət katibi onu da deyib ki, bu bölgədə Rusiya-Amerika yarışı getmir. Rays bildirib ki, Gürcüstandan Əfqanıstana qədər uzanan bir bölgədə dünya təhlükəsizliyinə mövcud təhdidlər fövqündə Qazaxıstan Amerikanın Mərkəzi Asiyada siyasətinin təməlini təşkil edir. Bu şərhlə Kondoliza Rays prezident Nursultan Nazarbayevlə danışıqlardan əvvəl çıxış edib. Amerikanın dövlət katibi Qazaxıstanın bütün qonşuları ilə əla münasibətlərə malik olduğunu qeyd edib. Bununla yanaşı, onun sözlərinə görə, Qazaxıstanın Amerika Birləşmiş Ştatları ilə də münasibətləri əladır. Avropa ölkələri ilə də münasibətlər müsbət istiqamətdə inkişaf edir. Qazaxıstanın xarici işlər naziri Marat Tacinlə keçirdiyi birgə mətbuat konfransında Kondoliza Rays deyib ki, Qazaxıstan Rusiyanın təsir dairəsinə aid olmamalıdır. Ona görə də Amerika Qazaxıstanla əlaqələri inkişaf etdirməkdə davam edəcək. Kondoliza Rays vurğulayıb ki, bu əməkdaşlığa Rusiya ilə bölgəyə nüfuz üstündə bir rəqabət kimi baxmaq lazım deyil. Lakin Qazaxıstanın xarici işlər naziri Rays kimi eyni cəsarətlə ölkəsinin müstəqil olduğunu, kiminlə istəsə dostluq edəcəyini və Rusiyanın təsir dairəsində olmayacağını deməyib. Marat Tacin onu vurğulayıb ki, neftlə zəngin olan Qazaxıstan onunla strateji münasibətlərin qurulub inkişaf etdirilməsində maraqlı olan bütün tərəflərlə dostluq və tərəfdaşlıq əlaqələrini saxlayacaq. O deyib ki, Qazaxıstanın Rusiya ilə münasibətləri nümunəvidir. Amerika Birləşmiş Ştatları ilə strateji partnyorluq əlaqələri də yüksək səviyyədədir. Tacinin bəyanatından görünüb ki, rəsmi Astana Raysın Rusiyaya ünvanlanmış sərt mesajlarını bölüşmür və ənənəvi balans siyasətini Rusiya ilə münasibətlərə ağırlıq verməklə davam etdirəcək. Avqustda Gürcüstan hadisələri zamanı Qazaxıstan Rusiyanın Gürcüstana hərbi müdaxiləsinə müəyyən dəstək göstərdi, lakin Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınmasında Moskvanın təşəbbüsünə qoşulmadı. Amerikanın Qazaxıstana nümayiş etdirdiyi dəstək təhlilçilərin fikrincə, Rusiyanın öz qonşularına onun Gürcüstana qarşı yürütdüyü siyasətin dəstəklənməsi üçün etdiyi təzyiqlərin baş verdiyi bir vaxtda müşahidə edilir. Qazaxıstanda apardığı danışıqlar zamanı Kondoliza Rays iqtisadi və ticarət əlaqələri, energetika sahəsində əməkdaşlıq kimi məsələləri müzakirə edib. Bu mənada Amerikanın dövlət katibi Qazaxıstanda islahatların həyata keçirilməsi zərurətini xüsusilə vurğulayıb. O deyib ki, bu məsələ 2010-cu ildə ATƏT-də sədrliyin Qazaxıstana keçəcəyi baxımından müstəsna əhəmiyyət kəsb edir. ATƏT-ə sədrliyə təqdim ediləndə Qazaxıstan mətbuat azadlığı və 2008-ci ilin sonuna kimi seçki sistemini təkmilləşdirməyə söz vermişdi. İlk dəfə Astanaya səfər edən Rays Qazaxıstandakı insan haqları problemləri haqda danışmamağı üstün tutub, çünki ABŞ üçün indi Rusiya təhlükəsi ilə üzləşən enerji maraqlarını xilas etmək daha vacibdir. Bildirilir ki, Rays Qazaxıstan neftinin Azərbaycan və Gürcüstandan keçməklə nəqlini və enerji tərəfdaşlığı ilə bağlı digər məsələləri müzakirə edib. Xəbər verildiyi kimi, Rusiyanın Gürcüstana müdaxiləsindən sonra Qazaxıstan bu ölkədən neft nəqlini dayandırıb, ardınca Astana Gürcüstanın Poti limanında irihəcmli investisiya qoyuluşunu nəzərdə tutan layihəni dayandırdığını açıqlayıb. Astana Qafqazdakı son hadisələrdən sonra Rusiyaya daha çox meyl etməklə yanaşı, Qərblə də münasibətləri saxlamağa çalışır. Ekspertlərə görə, Qazaxıstan da Azərbaycan kimi super güclərin maraqları arasında manevr edir. Lakin indi bunu davam etdirmək çətinləşib. Çünki Moskva Azərbaycan və Qazaxıstandan seçim etməyi tələb edir, o biri yandan da ABŞ istəyir ki, bu ölkələr Rusiyadan uzaq dursun. Qazaxıstan və Azərbaycan kimi enerji ehtiyatları ilə zəngin ölkələri indiki şəraitdə Rusiyadan uzaq durmağa inandırmaq ABŞ üçün elə də asan deyil. Çünki ortada Gürcüstanın aqibəti var. Belə şəraitdə çətin ki, Bakıda və Astanada ABŞ-dan gələn yüksək rütbəli qonaqların şərtlərini qəbul etsinlər. Xüsusən elə bir vaxtda ki, Rays, Çeyni və Buş administrasiyasında olan digərlərinin vəzifə müddətinin bitməsinə az qalıb, Ağ Evə kimin başçılıq edəcəyi və yeni prezidentin Rusiya ilə bağlı siyasətinin necə olacağı hələ məlum deyil. Belə bir vaxtda Bakıda və ya Astanada kim ABŞ-ın Rusiyanın maraqlarına zidd olan enerji və digər layihələrinə açıq dəstək verib özünü Moskvanın qəzəbinə tuş edə bilər. Son məlumatlara görə, Rays, Astananı heç bir sənəd imzalamadan tərk edib. Buna Qazaxıstan rəhbərliyinin Rusiyaya sədaqət nümayiş etdirməsi səbəb olub. Fərhad MƏMMƏDOV musavat
Küveyt İran səfirini Xarici İşlər Nazirliyinə çağırdı
İran edam və repressiyaları dərhal dayandırmalıdır- Hollandiya
Türkiyədə Cümhuriyyət Günü qeyd olunur
İran polisi daha bir bəlucu öldürdü
İsrail və ABŞ razılaşıb: İrana genişmiqyaslı hücum bərpa ediləcək
Türkiyədə ABŞ İran arasında görüş keçirilməsi təklif edilib
Iranda daha altı məhbus edam edilib
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Ocanda əfqanistanlılar həbs edilib
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər
Iranda daha altı məhbus edam edilib
Reuters: Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır, İrandan on milyonlarla dollar alıb
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
İran agentlərinin ABŞ ərazisində olması ehtimalı yüksəkdir- New York Times
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
Rusiyalı nüvə alimləri İrandan təxliyə edilib?
Urmiya gölünün son vəziyyəti açıqlandı
İranda daxili təyyarə biletləri 45 faiz bahalaşıb