SON XƏBƏRLƏR

Təkgöz hicab_Səudiyyə imamı qadınlara birgözlü niqab geyməyi məsləhət görüb

2021.10.20, 07:36
Təkgöz hicab_Səudiyyə imamı qadınlara birgözlü niqab geyməyi məsləhət görüb

Gunaz.tv
Təkgöz hicab Səudiyyə imamı qadınlara birgözlü niqab geyməyi məsləhət görüb Səudiyyə Ərəbistanının tanınmış din alimi, Şeyx Məhəmməd əl Habadan iki gözün şəhvət hissi yaratdığını iddia edərək qadınlara bir gözlü niqab geyməyi məsləhət görüb. BBC-nin məlumatına görə, şeyx sürməli qadınların daha ehtiraslı görünməsi səbəbindən kişilərə məsləhət görüb ki, qadınlarını üzlərini tamam gizlətməyə məcbur etsinlər. AYXAN express ---------------------------------------------------------------------- Çin tüstüdən boğulur Yaxın illərdə Çinin 80 milyon sakini ağciyər xərçəngindən ölə bilər. ABŞ-dakı Harvard Səhiyyə Universitetinin alimləri son 5 il ərzində çinlilərin sağlıq durumlarını araşdırıblar. Amerikalı alimlərin fikrincə, onların bədbin proqnozu Çində siqaret çəkənlərin sayının artımı, habelə ölkədə daş kömürdən geniş istifadə və sobalarda odun yandırılmasının geniş yayılması ilə bağlıdır. Çində artıq indi tənəffüs yollarının xəstəlikləri vaxtından əvvəl ölümlərin əsas səbəbləridir. Hazırda Çində kişilərin yarısı siqaret çəkirsə, yaxın illərdə qadınlar arasında da nikotin aludəçilərinin sayının sürətli artımı gözlənilir. "Səmaaltı İmperiya"da yeniyetmələr da siqaret çəkir. Yaşı 13-18 arasında olan hər 9 yeniyetmədən biri daima siqaret çəkir, 40 milyon yeniyetmə isə "aradabir" tüstüləməklə məşğuldur. Siqaret çəkənlərinin sayının artıma Çində tütün məmulatlarının ucuzluğu da təsir edir. Belə ki, bu ölkədə bir qutu siqaretin orta qiyməti $0,7-yə bərabərdir. Çində hətta həkimlərin 23%-i də siqaret çəkir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar