SON XƏBƏRLƏR

Tehran Pedaqoji Universitetinin müəllimi Haşım Ağacəri :QURANIN HEÇ BİR AYƏSİNDƏ MÜRTƏD SAYILAN KƏSİN ÖLDÜRÜLMƏSİNƏ İCAZƏ VERİLMƏYİB

2021.10.20, 07:36
Tehran Pedaqoji Universitetinin müəllimi Haşım Ağacəri :QURANIN HEÇ BİR AYƏSİNDƏ MÜRTƏD SAYILAN KƏSİN ÖLDÜRÜLMƏSİNƏ İCAZƏ VERİLMƏYİB

Gunaz.tv
«QURANIN HEÇ BİR AYƏSİNDƏ MÜRTƏD SAYILAN KƏSİN ÖLDÜRÜLMƏSİNƏ İCAZƏ VERİLMƏYİB» hashimagaceri1.jpg Haşım Ağacəri Tanınmış dissident alim, Müdərris adına Tehran Pedaqoji Universitetinin müəllimi Haşım Ağacəri ölkədə dini azlıqlara və dinini dəyişən şəxslərə qarşı siyasəti kəskin tənqid edib. «Media forum» saytının məlumatına görə, bugünlərdə Özbaşına Həbsləri Araşdırma Komitəsinin dəvəti ilə İran Məzunları Təşkilatının Qərargahında keçirilən, insan hüquqları sahəsində fəaliyyət göstərən şəxslərin, bəzi məhbusların ailə üzvlərinin iştirak etdiyi toplantıda H.Ağacəri bildirib ki, ölkədə dini ayrı-seçkilik siyasəti təkcə qeyri-müsəlmanlara münasibətdə təzahür etmir: «Bu ayrı-seçkilik heç bir dinə inanmayanlara və sünnilərə qarşı da tətbiq olunur». Dissident alim dini zorakılığın əks nəticə verəcəyini vurğulayıb: «Qurani-Kərimdə deyilir ki, dində məcburiyyət yoxdur və heç bir dini zorla başqasına qəbul etdirmək olmaz. İnsanlar müxtəlifdir, onların əqidələri də müxtəlifdir. Hamı həqiqət axtarışındadır. İnandığı həqiqəti başqasına zorla qəbul etdirməyə heç kəsin haqqı çatmır». H.Ağacəri islamı tərk edib başqa dinə üz tutanların mürtəd sayılaraq edama məhkum olunmasını tam ədalətsiz mühakimə sayır: «Necə olur ki, Avropada müsəlman xanımlar hicabı könüllü seçir, biz isə hicabı zorla xanımlara qəbul etdiririk? Tarix göstərir ki, şallaq, zor və ölüm hökmü ilə iman olmur. İslam azad və şüurlu seçim deməkdir. Quranın heç bir ayəsində mürtəd sayılan kəsin öldürülməsinə icazə verilməyib». «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar