SON XƏBƏRLƏR

5+1 qrupunun İranın nüvə proqramı ilə bağlı iclası noyabrda Misirdə keçiriləcək

2021.10.20, 07:36
5+1 qrupunun İranın nüvə proqramı ilə bağlı iclası noyabrda Misirdə keçiriləcək

Gunaz.tv
5+1 qrupunun İranın nüvə proqramı ilə bağlı iclası noyabrda Misirdə keçiriləcək BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniyanın İranın nüvə proqramı mövzusu ilə bağlı növbəti iclası noyabrın 26-da Misirdə keçiriləcək. «Altılığın İranın nüvə proqramı ilə bağlı iclası noyabrın 26-da Misirin Şarm-əl-Şeyx şəhərində keçiriləcək», - deyə Fransanın xarici işlər naziri Bernar Kuşner bildirib. Bu barədə Səudiyyə Ərəbistanının «Əl-Vatan» qəzetinə istinadən İranın «Fars News» agentliyi xəbər verir. İclasın daha öncə keçirilməsi planlaşdırılmışdı, lakin Kuşnerin sözlərinə görə, iclas ABŞ-da keçiriləcək prezident seçkisi ilə əlaqədar olaraq təxirə salınıb. Fransa Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib ki, İranın nüvə proqramı dayandırılmalıdır. Sentyabrın 27-də BMT-nin İran üzrə dördüncü Qətnaməsi qəbul olunub. Sənəd sanksiyaların tətbiqini nəzərdə tutmasa da, əvvəlki üç Qətnaməni təsdiq edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar