SON XƏBƏRLƏR

İran hakimiyyəti Avropa Birliyinə məktub göndərib

2021.10.20, 07:36
İran hakimiyyəti Avropa Birliyinə məktub göndərib

Gunaz.tv
İran hakimiyyəti Avropa Birliyinə məktub göndərib solana-06-10.jpg Rəsmi Tehran, Havyer Solanaya ünvanlanan məktubda nüvə silahının yaradılması ilə bağlı ittihamları rədd edib İran Milli Təhlükəsizlik Şurası Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Havyer Solanaya məktub göndərib. «Reuters» agentliyinin məlumatına görə, məktub, İranın nüvə proqramı ətrafındakı vəziyyətə həsr olunub. Təhlükəsizlik Şurasının mətbuat katibi bildirib ki, iki səhifəlik məktubla «altılıq» ölkələrinin son hərəkətləri ilə bağlı rəsmi Tehranın mövqeyi açıqlanıb. İran hakimiyyəti nüvə silahının yaradılması ilə bağlı ittihamları rədd edib. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar