SON XƏBƏRLƏR

İsrail İrana qarşı hərbi əməliyyatlara hazırlaşır

2021.10.20, 07:36
İsrail İrana qarşı hərbi əməliyyatlara hazırlaşır

Gunaz.tv
İsrail İrana qarşı hərbi əməliyyatlara hazırlaşır israil-aviaciya.jpg İsrail – İran qarşıdurması kəskinləşmək üzrədir. Əksər ekspertlər tezliklə İsrailin İranın nüvə obyektlərinə aviazərbələr endirəcəyini proqnozlaşdırır. Ekspertlərin iddiaları subyektiv rəy kimi qəbul olunursa, rəsmi simaların müharibə xəbəri verməsi artıq ciddi hadisədir. «İran nüvə silahı əldə etməzdən əvvəl İsrail bu ölkənin nüvə obyektlərinə aviazərbələr endirəcək». Belə bəyanatla Fransanın xarici işlər naziri Bernar Kuşner çıxış edib. İsrailə rəsmi səfəri cərçivəsində Kuşner deyib ki, İsrail İran təhlükəsilə bağlı bütün dünyanı xəbərdar edib. İndi Təl-Əviv artıq özü İran məsələsini həll etməyə çalışır. Fransanın rəsmi mövqeyinə gəldikdə isə, Paris, İrana qarşı ciddi sanksiyalar tətbiq etməyin tərəfdarıdır. Kuşnerin fikrincə, əvvəlcə vurub sonra sanksiyalar tətbiq etməkdənsə, Tehranı indi nüvəni zənginləşdirməkdən çəkindirmək lazımdır. İran isə hədələyici bəyanatları ciddi qarşılamır. İsrailin baş naziri Ehud Olmertin Moskvaya tələsik səfəri də Bernar Kuşnerin bəyanatlarına ciddi yanaşmağa vadar edir. Ehud Olmert 1 günlük rəsmi səfər çərçivəsində Rusiya prezidenti Dmitri Medvedev, xarici işlər naziri Sergey Lavrovla görüşəcək. İsrailin baş naziri Moskva ilə İranın nüvə proqramını müzakirə edəcək və Rusiyanı İrana müasir «C – 300» hava hücümundan müdafiə sistemi satmaq fikrindən çəkindirməyə çalışacaq. İranın xarici işlər naziri Manuçöhr Möttaki isə bəyan edib ki, nə İsrail, nə də Amerika Birləşmiş Ştatları İrana birinci hücum etməyəcək. Diplomatın fikrincə, indi Qərb var qüvvəsilə çalışır ki, İranı mövqeyini sərtləşdirməyə, gələcəkdə isə İsrailə qarşı müharibəyə başlamağa vadar etsin. lidertv

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar