SON XƏBƏRLƏR

Şəhid olmuş 2 türk əsgərinin meyiti PKK terrorçularının əlindədir

2021.10.20, 07:36
Şəhid olmuş 2 türk əsgərinin meyiti PKK terrorçularının əlindədir

Gunaz.tv
Şəhid olmuş 2 türk əsgərinin meyiti PKK terrorçularının əlindədir Oktyabrın 4-5-də Türkiyə-İraq sərhədindəki Aktütün zastavasına PKK terrorçularının hücumundan sonra itkin düşmüş 2 türk əsgərinin aqibəti məlum olub. APA-nın xəbərinə görə, “France-Presse” agentliyi 2 türk əsgərinin meyitinin PKK-nın əlində olduğu barədə informasiya yayıb. Bu informasiyanı agentliyə PKK-çılar veriblər. Beləliklə, oktyabrın 4-5-də Türkiyənin cənub-şərqində yerləşən Hakkari bölgəsinin Şəmdinli qəsəbəsi ərazisindəki Aktütün sərhəd zastavasında PKK terrorçuları ilə toqquşmada şəhid olan türk hərbçilərinin sayı 17-yə çatıb. ---------------------------------------------------------------- Şri-Lankada partlayış zamanı 22 nəfər öldü shri-lanka-polisi.jpg Ölənlər arasında ordu generalı və onun həyat yoldaşı da var Şri-Lankanın Anuradxapur şəhərində terrorçu kamikadzenin həyata keçirdiyi partlayış nəticəsində 22 nəfər ölüb. Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, partlayışın məsuliyyətini hələlik heç bir qruplaşma öz üzərinə götürməyib. Ölənlər arasında Şri-Lanka ordusunun keçmiş generalı Canaka Perera və onun həyat yoldaşı da var. Perera ana müxalifət sayılan Birləşmiş Milli Partiyanın ölkənin Şimal-Mərkəz əyalətindəki şöbəsinə rəhbərlik edirmiş. Qeyd edək ki, “Tamil-İlamın azadlıq pələngləri» radikal separatçı qruplaşma Şri-Lankada tez-tez terror aktları həyata keçirir. Son 35 il ərzində 4 min nəfər müstəqillik uğrunda mübarizə aparan tamillərin qurbanı olub. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar