SON XƏBƏRLƏR

Neftin qiyməti 40-50 dollara düşəcək

2021.10.20, 07:36
Neftin qiyməti 40-50 dollara düşəcək

Gunaz.tv
Neftin qiyməti 40-50 dollara düşəcək neft-burugu.jpg Ekspertlər qlobal böhranın 2009-cu ildə özünü göstərəcəyini bildirirlər Neftin qiymətinin düşməsi hələ uzun müddət davam edəcək. Lent.az-ın “Finmarket”ə istinadən verdiyi məlumata görə, ekspertlər qiymətin 40-50 dollara kimi ucuzlaşacağını proqnozlaşdırırlar. Qeyd edək ki, bu gün London birjasında Brent markalı neftin qiyməti 2,71 dollar ucuzlaşaraq son bir neçə ay ərzində ilk dəfə 90 dollardan aşağı düşüb. Bir qədər sonra isə Nyu-Yorkdakı “NYMEX” birjasında da WTI markalı neft 3,83 dollar uculaşıb. Lakin ekspertlər hələ neftin qiymətinin əsas ucuzlaşmasının baş vermədiyini bildirirlər. Onların fikrincə, qlobal böhranın inkişafı hələ əsas ucuzlaşmanı hazırlayır. Ekspertlər bildirirlər ki, sənaye mallarının istehsalının ciddi azalması 2009-cu ilin əvvəlində neftin bir barrelinin qiymətinin 40-50 dollara kimi düşməsinə gətirib çıxaracaq. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar