SON XƏBƏRLƏR

TÜRKİYƏDƏ TÜRK-KÜRD GƏRGİNLİYİ ARTIR

2021.10.20, 07:36
TÜRKİYƏDƏ TÜRK-KÜRD GƏRGİNLİYİ ARTIR

Gunaz.tv
TÜRKİYƏDƏ TÜRK-KÜRD GƏRGİNLİYİ ARTIR istanbul.jpg Türkiyənin Adana şəhərində türklərlə kürdlər arasında gərginlik yaranıb. Oktyabrın 5-də axşam şəhərin Xıdırlı məhəlləsində 18 yaşlı yerli sakin Tekin Erdik kürd kökənli şəxslər tərəfindən qətlə yetirilib. İdarə etdiyi motosikleti küçədə saxlayaraq mağazaya daxil olan T. Erdik çölə çıxdıqda motosikletin 3 nəfər tərəfindən qaçırıldığını görüb. Oğruların dalınca qaçaraq onlara çatan yeniyetmə ilə kürdlər arasında yaranan mübahisə zamanı T. Erdik bıçaqlanıb. O, xəstəxanaya çatdırılsa da, aldığı xəsarətlərdən keçinib. Küçədəki yerli sakinlər qatillərdən birini yaxalayaraq polisə təhvil veriblər, digər 2 cinayətkar isə qaçıb. Cinayəti törədənlərin kürd olduğunu öyrənən sakinlər ay-ulduzlu bayraqlarla küçəyə çıxıblar və PKK terror təşkilatı əleyhinə şüarlar qışqırıblar. Polis və jandarma şəhərdə vəziyyəti nəzarətə götürüb. Xatırladaq ki, Türkiyənin Balıkəsir bölgəsinin Altınova qəsəbəsində də bir neçə gündür yerli sakinlərlə cənub-şərq vilayətlərindən köçüb gəlmiş kürdlər arasında gərginlik yaşanır. Səbəb kürdlərin 2 türk gənci qətlə yetirməsidir. versiya

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar