SON XƏBƏRLƏR

BAKIDA İSLAM ÖLKƏLƏRİ ALİ TƏHSİL və ELM NAZİRLƏRİNİN KONFRANSI GEDİR

2021.10.20, 07:36
BAKIDA İSLAM ÖLKƏLƏRİ ALİ TƏHSİL və ELM NAZİRLƏRİNİN KONFRANSI GEDİR

Gunaz.tv
BAKIDA İSLAM ÖLKƏLƏRİ ALİ TƏHSİL və ELM NAZİRLƏRİNİN KONFRANSI GEDİR Bu gün Bakıda «Gülüstan» sarayında İslam ölkələrinin ali təhsil və elm nazirlərinin IV konfransı işə başlayıb. Prezidentin İcra Aparatının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə tədbirin açılışında dövlət başçısı İlham Əliyevin konfrans iştirakçılarına təbrikini oxuyıb. Təbrikdə deyilir ki, islam ölkələri ilə hərtərəfli əməkdaşlıq müstəqil Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası yolunda əsas istiqamətlərdən birini təşkil edir: «Son illər İslam Konfransı Təşkilatı və İslam Elm, Təhsil və Mədəniyyət Təşkilatı ilə əlaqələrimizin daha da genişlənməsi bu münasibətlərin qarşılıqlı faydalı zəmində qurulmasından xəbər verir, xalqlarımızın təhsil və elm sahələrində gələcək inkişafına xidmət edir». AzərTAc məlumat verir ki, İslam Konfransı Təşkilatına üzv olan 41 ölkədən və 20 beynəlxalq təşkilatdan 200-dən çox nümayəndənin iştirak etdiyi üçgünlük konfransda elm və təhsil sahəsindəki problemlərə, İKT ölkələrinin bu istiqamətdə əməkdaşlıq imkanlarına dair aktual məsələlər müzakirə olunacaq, faydalı təkliflər irəli sürüləcək. Tədbir iştirakçılarına Azərbaycanda təhsil sahəsində həyata keçirilən islahatlar və görülmüş işlər barədə ətraflı məlumat veriləcək. Sonda Bakı qətnaməsinin qəbul edilməsi nəzərdə tutulub. mediaforum

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar