SON XƏBƏRLƏR

Azərbaycan böhrandan sığortalanıb

2021.10.20, 07:36
Azərbaycan böhrandan sığortalanıb

Gunaz.tv
Azərbaycan böhrandan sığortalanıb manat9.jpg Avropa ölkələri dünyanı bürüyən maliyyə böhranından qurtulmaq üçün banklara yardım etməyi qərara alıb. OPEK ölkələri isə neftin ucuzlaşmasından narahatdır. Birləşmiş Ştatlar maliyyə bazarının sağlamlaşdırılmağı üçün nəzərdə tutulan Polson planının qəbulundan sonra birjalarda nisbi sakitlik yaransa da, qərb hələ də maliyyə bataqlığında çırpınır. Almaniya, Fransa, İtaliya və Böyük Britaniya çıxış yolunu banklara maliyyə yardımı etməkdə görür. Almaniya hökuməti ölkənin ikinci ən iri maliyyə institutu - «Hipo Real Esteyt» bankını müflisləşməkdən xilas etmək üçün 50 milyard avro ayırmaq qərarına gəlib. Artıq böhran şərqə doğru hərəkət edir. Pakistan vəziyyətdən çıxış yolu kimi Dünya Bankından 100 milyrad dollar borc istəyəcək. Dünyanı cənginə alan iqtisadi tənəzzül birjalarda neftin qiymətinin 90 dollara düşməsinə səbəb olub. OPEK təşkilatına üzv dövlətlər narahatdır. Belə getsə, qara qızılın qiymətmi 70 dollardan da aşağı düşə bilər. Tendensiya davam edərsə, OPEK hasilatı azaldacaq. Ekspertlər hesab edir ki, Azərbaycan bu böhrandan sığortalanıb. Amerikanın maliyyə bazarlarında baş verənlər dollara inamı azaldıb. Artıq OPEK – ə daxil olan beş ölkə xarici ticarət əməliyyatlarında dollardan imtina edib. Braziliya və Aregentina da dollara yox deyib. Analitiklər hesab edir ki, dollardan imtina müvəqqəti haldır. Ekspertlər hesab edir ki, qəti tədbirlər görülməsə, maliyyə böhranı Qərbi tənəzzülə sürükləyə bilər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar