SON XƏBƏRLƏR

Qazaxıstan enerji resurslarını Azərbaycan ərazisindən daşınmasına daha çox maraqlıdır

2021.10.20, 07:36
Qazaxıstan enerji resurslarını Azərbaycan ərazisindən daşınmasına daha çox maraqlıdır

Gunaz.tv
Qazaxıstan enerji resurslarını Azərbaycan ərazisindən daşınmasına daha çox maraqlıdır kondaliza-rays.jpg Qazaxıstanda səfərdə olan ABŞ dövlət katibi Kondaliza Rays Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə regional və beynəlxalq məsələləri müzakirə edibəlr. Görüşdə həmçinin Qazaxıstan enerji resuslarının Azərbaycan ərazisindən daşınması müzakirə edilib. Qazaxıstanda bir günlük səfərdə olan ABŞ dövlət katibi Kondaliza Rays prezident Nursultan Nazarbayev, xarici işlər naziri Marat Tacin və baş nazir Kərim Məzimovla görüşüb. Qazaxıstan xarici işlər naziri Marat Tacin ABŞ dövlət katibi ilə görüşdə bildirib ki, Qafqazda baş verən hadisələr Qazaxıstanın proritetlərinə problemlər yaratmır. «O ki, qaldı Rusiya bu dövlət bizim strateji cəhəttdən əhəmiyyətli mütəfiqimizdir». Eyni zamanda Kondaliza Rays vurğulayıb ki, ABŞ-la Qazaxıstan münasibətləri sabit və strateji cəhəttdən əhəmiyyətlidir. Kondaliza Rays əlavə edib ki, «biz Qazaxıstanın əməkdaşlıq etdiyi ölkələrlə rəqabət aparmırıq. Qazaxıstanın qonşu dövlətləri ilə yaxşı münasibətləri var və elədə olmalıdır». Görüşdə bir sıra regional və beyənlxalq məsələlər müzakirə edilib. Xarici işlər naziri vurğulayıb ki, Qazaxstan enerji resuslarını bütün istiqamətlər üzrə daşınmasında maraqlıdır. Xüsusi ilə də Azərbaycan və Gürcüstan ərazisindən. Görüş iştirakçıları eyni zamanda Qazaxıstan və ABŞ münasibətlərində bir sıra irəlləyişlərin olduğunu bildirib. Danışıqlar zamanı 2010 cu ildə Qazaxıstanın ATƏT-ə sədrlik missiyası və digər məsələlərdə müzakirə edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar