SON XƏBƏRLƏR

RUSİYANIN HƏRBİ GƏMİLƏRI ARALIQ DƏNİZİNƏ DAXİL OLUB

2021.10.20, 07:36
RUSİYANIN HƏRBİ GƏMİLƏRI ARALIQ DƏNİZİNƏ DAXİL OLUB

Gunaz.tv
RUSİYANIN HƏRBİ GƏMİLƏRI ARALIQ DƏNİZİNƏ DAXİL OLUB herbi_gemi.jpg Onlar burada bir müddət manevr etdikdən sonra noyabrda nəzərdə tutulan hərbi təlimlər üçün Venesuela sahillərinə yollanacaq. Rusiya Müdafiə Nazirliyinin açıqlamasına görə, hərbi gəmilər dəstəsinə «Birinci Pyotr» adlı ağır nüvə-raket kreyseri başçılıq edir. Dəstəyə sualtı qayıqları zərərsizləşdirmək üçün nəzərdə tutulan «Admiral Çabonenko» gəmisi də daxildir. Cəbəllütariq boğazını keçərək Aralıq dənizinə daxil olacaq hərbi gəmilər Tripoli limanına da yan alacaq. ------------------------------------------------------------------------- BARAK OBAMAYA QARŞI ƏKS TƏBLİĞAT KAMPANİYASINA BAŞLANILIB barak_obama_1.jpg Amerika Birləşmiş Ştatlarında prezidentliyə namizədlər arasında münasibətlər gərginləşib. Ölkədəki maliyyə böhranı ilə əlaqədar keçirilən sorğularda önə keçən demokratların namizədi Barak Obamaya qarşı əks təbliğat kampaniyasına başlanılıb. Əvvəlcə Hillari Klintonun Obama barəsində səsləndirdiyi ittihamları bu dəfə respublikaçı namizəd Con Makkeyninin köməkçisi Sara Peylin təkrarlayıb. Koloradada çıxış edən Sara Peylin Barak Obamanın terrorçularla əlaqədə olduğunu bildirib. 1960-70-ci illərdə Birləşmiş Ştatların müdafiə və xarici işlər nazirlərinin binasını bombalamaqda ittiham olunan sol yönümlü Bil Ayyersin Obamanın dostu olduğunu bildirən Palinin fikrincə, belə bir şəxsin ölkəyə rəhbərlik etməsi düzgün deyil. Qeyd edək ki, İllinoys universitetinin professoru Bil Ayyersin Obamanın təbligat kampaniyasına 200 min dollar pul ayırdığı bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar