SON XƏBƏRLƏR

Rusiya ordusu Gürcüstandakı bir postundan geri çəkilib

2021.10.20, 07:36
Rusiya ordusu Gürcüstandakı bir postundan geri çəkilib

Gunaz.tv
Rusiya ordusu Gürcüstandakı bir postundan geri çəkilib 20081005143418checkpoint203-afp.jpg Avropa İttifaqının Gürcüstandakı müşahidəçilərinin başçısı Hans-Yorq Haber deyib ki, oktyabrın onuna kimi Rusiya qoşunlarının Cənubi Osetiya və Abxaziya ətrafındakı ərazilərdən geri çəkiləcəyinə əmindir. O təsdiq edib ki, Rusiya əsgərləri Qori yaxınlığındakı bir postdan geri çəkiliblər. Cənab Haber deyib ki, daha iyirmi postun tərk edilməsi barədə danışıqlar davam edir. "Bizim müşahidəmiz təsdiq edir ki, bu ərazidən qərbə bir rus postu ləğv edilib. Biz Rusiya ordusunun geri çəkiməyə başladığına dair dəlilə malikik. Əminik ki, oktyabrın 10-a kimi bu proses sona çatdırılacaq. Abxaziya və Cənubi Osetiyanın cənubunda təxminən 20-dən çox belə post var. Biz Rusiya ilə danışıq aparırıq və onların nə zaman bu yerləri tərk edəcəyini müəyyən etməyə çalışırıq. Lakin bu danışıqlar məxfidir və biz təfərrüatlar verə bilmərik. " Bu arada Gürcüstanda müşahidə üzrə BMT Missiyasının yeni başçısı Yohan Berbeke Abxaziyaya gəlib. Y.Berbeke ilə görüşdən sonra Abxaziya prezidenti Sergey Baqapş deyib ki, BMT Missiyasının formatı və sayı dəyişməlidir. "Əgər bu qrup gələcəkdə də Gürcüstanda BMT Missiyası adlanacaqsa, qoy onda o Gürcüstanda müşahidə aparsın, Abxaziyanın Gürcüstanla heç bir münasibəti yoxdur". BMT Missiyası fəaliyyətinə oktyabrın 15-dən başlayacaqdır. bbc

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar