SON XƏBƏRLƏR

ERMƏNİSTAN PREZİDENTİ SERJ SƏRKİSYANA AZƏRBAYCANDAN SUAL VERMƏK İMKANI YARANIB

2021.10.20, 07:36
ERMƏNİSTAN PREZİDENTİ SERJ SƏRKİSYANA AZƏRBAYCANDAN SUAL VERMƏK İMKANI YARANIB

Gunaz.tv
ERMƏNİSTAN PREZİDENTİ SERJ SƏRKİSYANA AZƏRBAYCANDAN SUAL VERMƏK İMKANI YARANIB Rusiyanın məşhur «Exo Moskvı» radiostansiyası Ermənistan prezidenti Serj Sərkisyandan müsahibə götürməyə hazırlaşır. Bu barədə məlumat radionun saytında yerləşdirilib. Saytda yaradılmış xüsusi bölmədə Sərkisyana suallar ünvanlamağın da mümkün olduğu bildirilir. Anonsda qeyd edildiyinə görə, müsahibə Moskva vaxtıyla oktyabrın 10-u saat 15:08-də efirə gedəcək. Hələlik Sərkisyana 19 nəfər sual yazıb. Onların arasında azərbaycanlı da var. Hər kəs suallara aşağıdakı linkin vasitəsilə baxa və öz suallarını rus dilində yaza bilər: http://echo.msk.ru/programs/beseda/544808-echo/q.html Azərbaycanda erməni separatizminin ən qanlı iştirakçılarından olan, Dağlıq və Aran Qarabağın, ətraf bölgələrin işğalında, minlərlə azərbaycanlının qətlində birbaşa iştirak edən Serj Sərkisyan 1989-93-cü illərdə «Dağlıq Qarabağ Özünümüdafiə Qüvvələri»nin başında dayanıb. 1993-cü ildə Ermənistanın müdafiə naziri təyin edilib. 1995-96-cı illərdə Dövlət Təhlükəsizliyi İdarəsinin rəisi, 1996-99-cu illərdə daxili işlər və milli təhlükəsizlik naziri vəzifələrində çalışıb. Prezident Aparatının rəhbəri, Təhlükəsizlik Şurasının katibi, 2000-ci ildən yenidən müdafiə naziri olub. 2007-ci ildən 2008-in əvvəlinədək Ermənistanın baş naziri postunu tutub. 2008-ci il fevralın 19-da kütləvi saxtakarlıqlarla müşayiət olunan seçkidə prezident kürsüsünə yiyələnib. Polis və ordu birləşmələri seçkinin saxtalaşdırılmasına etiraz edən nümayişçilərə divan tutarkən qırğın olub. Rəsmi məlumatlara görə, 10 nəfər həlak olub. Azərbaycana qarşı qanlı cinayətlərə görə müxtəlif orden və medallarla təltif olunan S.Sərkisyanın iki qızı, bir nəvəsi var. Onun həyat yoldaşı musiqi müəllimi Rita Sərkisyan da qarabağlıdır. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar