SON XƏBƏRLƏR

Cənubi Qafqazda sabitlik pozularsa, bu bölgə qərb ilə şərq arasında bir divar olacaq

2021.10.20, 07:36
Cənubi Qafqazda sabitlik pozularsa, bu bölgə qərb ilə şərq arasında bir divar olacaq

Gunaz.tv
Cənubi Qafqazda sabitlik pozularsa, bu bölgə qərb ilə şərq arasında bir divar olacaq abdullah-gul1.jpg «Cənubi Qafqazda sabitlik bu bölgəni şərq ilə qərb arasında bir qapıya çevirəcək». Türkiyə prezidenti Abdullah Gül nüfuzlu «Nyusvik» jurnalına müsahibəsində belə deyib. Bildirib ki, Cənubi Qafqazda sabitlik pozularsa, bu bölgə qərb ilə şərq arasında bir divar olacaq. Türkiyə prezidentinin sözlərinə görə, Azərbaycanın zəngin enerji ehtiyyatları və onların Qərbə təhlükəsiz nəqli üçün bu bölgə çox əhəmiyyətlidir. Türkiyə də bu dəhlizin ayrılmaz hissəsidir və bu səbəbdən münaqişələrin həllində və sülhün bərqərar olmasında daha fəal rol oynayacaq. ---------------------------------------------------------------------- Tibb və fiziologiya sahəsində Nobel mükafatı Almaniya və Fransa alimlərinə təqdim ediləcək nobel-mukafat1.jpg Tibb və fiziologiya sahəsində 2008-ci il üzrə Nobel mükafatı Almaniya və Fransadan olan üç alimə təqdim olunacaq. Nobel fondunun mənzil - qərargahından verilən məlumata görə, alimlər bu mükafata insanda ciddi xəstəliklərə yol açan iki virusu aşkar etdiklərinə görə layiq görülüblər. 1, 4 milyon Amerika dolları məbləğində olan mükafatı Herald Zur Hauzen, və fransalı Varr Sinousi və Lyuk Monteqner alacaqlar. Tibb və fiziologiya ənənəvi olaraq Nobel mükafatları sırasında ilk elan olunan elm sahələridir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar