SON XƏBƏRLƏR

Türkiyədə AKPdən olan deputat matəm günündə toy çaldırdı

2021.10.20, 07:36
Türkiyədə AKPdən olan deputat matəm günündə toy çaldırdı

Gunaz.tv
Türkiyədə deputat matəm günündə toy çaldırdı 20081006115913_1.jpg Türkiyənin iqtidarda olan Ədalət və İnkişaf Partiyasından (AKP) millət vəkili seçilən Həsən Qara oktyabrın 4-də 5 yaşlı oğlu üçün möhtəşəm sünnət toyu edib. Kilis vilayətindən millət vəkili seçilən H. Qara toy mərasimini Kilis şəhərindəki stadionda keçirib. Toydan əvvəl stadionun ot örtüyü yenilənib, meydançanın bir hissəsinə isə oynamaq üçün daş piltələr döşənib. Bunban başqa, stadionda xüsusi işıqlandırma sistemi qurulub. Bütün bunlar isə şəhər bələdiyyəsinin maliyyə vəsaiti hesabına edilib. 2 min nəfərin iştirak etdiyi toyda 5 yaşlı Mehmetin kirvəsi isə nəqliyyat naziri Binəli Yıdırım olub. Prezident Abdulla Gül və baş nazir Rəcəb Tayyib Ərdoğan mərasimə qatılmasalar da, çələng göndəriblər. Qeyd edək ki, həmin gün Türkiyənin Hakkari vilayətindən PKK terrorçularının jandarma sərhəd məntəqəsinə hücumu nəticəsində 15 türk əsgəri şəhid olub, 20 hərbçi yaralanıb, iki hərbçi isə itkin düşüb. Bu hadisə ilə bağlı baş nazir Türkmənistan və Monqolustana səfərini yarımçıq qoyaraq Türkiyəyə qayıdıb, prezident isə Fransaya səfərini təxirə salıb. Ölkənin matəm içində olduğu vaxtda millət vəkilin belə möhtəşəm mərasim keçirməsi narazılığa səbəb olub. H. Qara mərasimdə iştirak edən jurnalistlərin çəkiliş aparmasına imkan verməyib, onun 20 cangüdəni media nümayəndələrinin video-kasetlərini alıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar