SON XƏBƏRLƏR

TEHRAN AZƏRBAYCAN QIZILINI İSFAHANA DAŞIYIR

2021.10.20, 07:36
TEHRAN AZƏRBAYCAN QIZILINI İSFAHANA DAŞIYIR

Gunaz.tv
TEHRAN AZƏRBAYCAN QIZILINI İSFAHANA DAŞIYIR Qaradağ mahalında 250 min ton qızıl ehtiyatı olan yataq aşkarlanıb S.SƏDRƏDDİN Bu günlərdə İranın Sənaye və Mədən Nazirliyinin qiymətli daş-qaşlar üzrə aparıcı mütəxəssisi Məhəmməd Şahsevəni İRNA-ya bildirib ki, hökumət İsfahan və Xorasan-Rəzəvi əyalətlərində iki zərgərlik sənayesi zonası yaradılması haqda qərar qəbul edib. Onun sözlərinə görə, bu müəssisələrin tikintisinə artıq başlanılıb. Güney Azərbaycandakı mənbələrin yaydığı məlumata əsasən, Qaradağ mahalının Vərziqan rayonunda 250 min tonluq qızıl ehtiyatına malik yataq aşkarlanıb. İranın Sənaye və Mədən Nazirliyinin təmsilçisi Məhəmmədəli Banan keçirdiyi mətubat konfransında bunu bəyan edərək əlavə edib ki, həmin ərazidə qızıl emalı üçün 5 milyon dollar məbləğində sərmayəyə ehtiyac var. Aparılmış hesablamalara əsasən, həmin rayonda müasir avadanlıqla təchiz olunmuş zavodlar tikildiyi halda mədəndən 400 kq qızıl emal etmək mümkündür. Nazirlik təmsilçisinin sözlərinə görə, Əhərin Xarvana bölgəsində bu gün də qızıl emal olunmaqdadır. Onu da qeyd edək ki, Güney Azərbaycanın Qaradağ mahalı yeraltı sərvətlərlə zəngindir. Zərgərlik müəssisələrinin tikintisini İsfahan və Xorasanda gerçəkləşdirən Tehran hakimiyyəti Güney Azərbaycanın sərvətlərini talan etməkdədir. Hələ bir neçə il öncə İran rəhbərliyinin Əhər yaxınlığındakı Süngün mis mədənindəki talançılığı barədə xəbərlər yayılmışdı. Həmin məlumata görə, İslam Respublikası Güneyin təbii sərvətlərini talan etməklə yanaşı, Quzey Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş ərazilərindən, özəlliklə Kəlbəcər rayonundan da qızıl filizini Süngünə daşıyırdı. Bu günlərdə isə Tehranla Yerevanın Azərbaycan sərvətlərini istismarına dair yeni xəbərlər yayılıb. Həmin məlumata əsasən, Güney Azərbaycanın Muğan bölgəsində neftin varlığını İran hakimiyyəti uzun illər gizli saxlayıb. Son zamanlar isə ölkə KİV-i bu ərazidə neftin olduğu ilə bağlı yazılar çap edərək məsələni yenidən gündəliyə çıxarıb. Bundan başqa mənbə bildirib ki, İslam Respublikası Ermənistanla birlikdə ikinci dövlətin ərazisində neftayırma zavodu tikməyi planlaşdırır. Təhlilçilərin fikrincə, bu, işğalçı Ermənistan iqtisadiyyatının güclənməsinə təsir göstərər. Onlara görə, Muğanda hasil olunacaq neftin perspektivdə tikilməsi nəzərdə tutulan neftayırma zavoduna göndəriləcəyi istisna edilmir. Yayılmış xəbərə əsasən, Güney Azərbaycanda çoxlu yeraltı sərvətlər, o cümlədən qızıl yataqları var. Araşdırmalarda göstərilib ki, Azərbaycanın Qaradağ mahalı və Ərdəbil əyalətində 175 qızıl mədəni mövcuddur. Bunların arasında Sarxanlı, Muil, Meşgin mədənləri də var. Hazırda Dostbəyi qızıl mədəni farslar və ingilislərə məxsus "Persian Gold" və "PLS" şirkəti tərəfindən birgə qarət olunur. Onlar işə 2004-cü ildən başlayıblar. Bu şirkətlər adı çəkilən və çəkilməyən mədənlərdə gördükləri işin hesabına beynəlxalq aləmdə də tanınıblar. Tehran hakimiyyəti isə Azərbaycanın təbii sərvətlərini talan etmək üçün belə xarici şirkətlərə hər cür şərait yaradır. Hələ 63 il öncə, o vaxtkı Stalin Moskvası İkinci Dünya savaşından sonra yaranmış Azərbaycan Milli Hökumətini bu bölgənin neftinə satdı. Xatırladaq ki, 1945-ci il dekabrın 12-də Azərbaycan Milli Hökuməti qurulmuşdu. Tehran belə bir hökumətin mövcudluğu ilə razılaşmırdı. Onu məhv etmək üçün çeşidli oyunlar qurulurdu. Həmin dövrdə İrana baş nazirlik etmiş Qəvvamül-Səltənə Stalinlə görüşərək ona Muğan neftini boyun olur. Dünyanı sarsıdan bu diktator Qəvvamül-Səltənənin bu vədinə aldanır və Azərbaycan Milli Hökumətini dəstəkləməyi dayandırır. Düzdür, bu anlaşmadan sonra Qəvvamül-Səltənə də hökumətdən gedir. Bununla da SSRİ-yə Güney Azərbaycanın neftindən istifadə etmək qismət olmur. Bu yaxınlarda İran Neft Nazirliyinin təmsilçisi Əli Kərdan bildirmişdi ki, Ərdəbil əyalətinin şimal-şərq hissəsində yerləşən Muğan bölgəsində, Güney Biləsuvar rayonunda yerli hakimiyyət orqanları ilə birgə yığıncaq keçirilib. Nazirlik təmsilçisi çıxışında deyib ki, yaxın zamanlarda Muğanda neft axtarışı üzrə geoloji-kəşfiyyat işlərinin aparılması ilə bağlı beynəlxalq müsabiqə elan olunacaq. O bu mahalda artıq ilkin araşdırmalar aparıldığını və araşdırmların müsbət nəticə verdiyini bəyan etmişdi. İran hökumətinin səyyar toplantısı zamanı buradakı yatağın 17 blokunda irimiqyaslı geoloji-kəşfiyyat işlərinin aparılmasına dair qərar qəbul olunmuşdu. Ə.Kərdanın verdiyi məlumata görə, bəzi səbəblər ucbatından həmin qərarlar yerinə yetirilməyib. İndi isə Tehran həmin layihənin gerçəkləşdirilməsi üçün xarici sərmayə cəlb etmək niyyətindədir. "Geoloji-kəşfiyyat işləri başa çatdıqdan sonra xarici şirkətlər yataqda fəaliyyət göstərmək hüququ əldə edə biləcəklər. Əgər onlar hər hansı səbəb ucbatından buradakı neft layihəsində işləməkdən imtina etsələr, o zaman İran şirkətləri bu istiqamətdə çalışacaqlar. Bu ərazidə böyük neft ehtiyatı aşkarlanarsa, o halda bölgədə neftayırma və neft-kimya zavodları tikiləcək. Bütün hallarda buradakı yataqlarda layihənin gerçəkləşdirilməsi mahalın, eləcə də Ərdəbil əyalətinin sosial-iqtisadi inkişafına təkan verəcək", - deyə o bildirib. AYNA

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar