SON XƏBƏRLƏR

Sergey Lavrov:Azərbaycan bizim önəmli strateji partnyorumuzdur

2021.10.20, 07:36
Sergey Lavrov:Azərbaycan bizim önəmli strateji partnyorumuzdur

Gunaz.tv
lavrov_290808.jpg Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanda səfərdədir. Səfər zamanı o, Azərbaycanla Rusiya arasında münasibətlərə də toxunub. O, qeyd edib ki, Azərbaycan Xarici İşlər Nazirliyinin Gürcüstanın ərazi bütövlüyünü tanıdığı barədə bəyanatı ilə tanış deyil. Sergey Lavrov "Rusiya ilə Azərbaycan arasında münasibətlər konyukturaya (vəziyyətə, şəraitə) meyilli deyil", deyib. "Azərbaycan bizim çoxdankı və önəmli strateji partnyorumuzdur. Biz hansısa şəraitə görə, bu partnyorluğu qurban vermək niyyətində deyilik" -Lavrov deyib. Onun sözlərinə görə Bakı da Moskva eyni münasibət göstərir. Dünən Sergey Lavrov Ermənistanın xarici işlər naziri Edvard Nalbanyanla da görüşüb. Görüşdə tərəflər Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesini də müzakirə ediblər. "Biz bir daha münaqişənin ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklifləri əsasında yalnız sülh yolu ilə həllinə sadiq qaldığımızı bildirdik", deyə Nalbandyan jurnalistlərə bildirib. Ceyhun ucnoqta

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar