SON XƏBƏRLƏR

Tatarıstan tarixi əsərlərin surətini Azərbaycana verəcək

2021.10.20, 07:36
Tatarıstan tarixi əsərlərin surətini Azərbaycana verəcək

Gunaz.tv
Tatarıstan tarixi əsərlərin surətini Azərbaycana verəcək hokumet-evi.jpg Mədəniyyət və Turizm Nazirliyi bununla bağlı müraciət edib Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi Tatarıstan Respublikasının Mədəniyyət Nazirliyinə müraciət edərək həmin ölkənin Milli Kitabxana və Milli Arxivində Azərbaycan tarixinin hadisələrlə zəngin olan dövrünə (XIX əsrin sonu XX əsrin əvvəlləri) aid materialların surətlərinin Bakıya Azərbaycana göndərilməsini xahiş edib. Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, müraciətdən sonra Tatarıstanın Milli Kitabxanası tərəfindən bəzi kitab, jurnal, qəzet və ayrı-ayrı nəşrlərin müəyyən edilərək Azərbaycana təqdim edilməsi nəzərdə tutulub. Belə ki, Tatarıstanın Milli Kitabxanası tərəfindən Rusiya müsəlmanlarının II Qurultayında qəbul edilmiş Nizamnamə (1906), Müsəlman deputatları və onların I, II və III dövlət dumalarında fəaliyyəti, Yeni əlifbanın hərəkət inkişafının tarixi və onun nailiyyətləri (Kazan, 1928), Azərbaycan ədəbiyyatına baxış (İstanbul, 1919), həmçinin Azərbaycan üçün maraq doğuran bir neçə qəzetlərin ayrı-ayrı nömrələri də Azərbaycan tərəfinə veriləcək («Dokazatelstva istinı», «Jizn», «Vostoçnoe Rus»). Bundan başqa, Məhəmməd Füzulinin 1912-1913-cü illərdə “Şura” jurnalında dərc olunan şeir və rübailəri Azərbaycan tərəfinə təqdim olunacaq. Təqdimetmə mərasimi M.F.Axundov adına Milli Kitabxanada keçiriləcək. Nigar Məmmədli LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar