SON XƏBƏRLƏR

Ermənilər işğaldakı ərazilərdə meşələri məhv edirlər

2021.10.20, 07:36
Ermənilər işğaldakı ərazilərdə meşələri məhv edirlər

Gunaz.tv
Ermənilər işğaldakı ərazilərdə meşələri məhv edirlər aqac-kesilir.jpg Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında meşə zolaqlarını məhv edirlər. Cəbhəyanı kənd sakinləri Lent.az-ın Qarabağ müxbirinə bildiriblər ki, düşmən tərəfi ağacları kütləvi şəkildə doğrayır. Ermənilər gündüz saatlarında kəsib doğradıqları ağacları gecə boyunca maşınlara yükləyərək Ermənistan istiqamətinə daşıyırlar. Sakinlərin sözlərinə görə, son günlər işğal altında olan meşələrdən çöl heyvanlarının miqrasiya etdiyi də müşahidə olunur. Xatırladaq ki, hələ ötən il işğal altında olan Ağdam şəhərində ATƏT nümayəndələri ilə müşahidə aparan yerli mütəxəssislər ermənilərin Ağdam şəhərindəki təbiət abidələrini məhv etdiyinin şahidi olmuşdular. Yaşı 200 ilədək olan 71 çinarın kəsilərək Ermənistan istiqamətinə daşındığı açıqlanmışdı. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar