SON XƏBƏRLƏR

İraqın prezident şurası vilayət seçki qanununu təsdiq etdi

2021.10.20, 07:36
İraqın prezident şurası vilayət seçki qanununu təsdiq etdi

Gunaz.tv
İraqın prezident şurası vilayət seçki qanununu təsdiq etdi ap_iraq_parliament_maliki_22may06_eng_1952.jpg İraqın prezident şurası bu gün çoxdan bəri təxirə salınan mübahisəli vilayət seçki qanununu nəhayət təsdiq edib. Keçirilməsi gələn ilin əvvəlində nəzərdə tutulan seçki qanunu prezident Cəlal Talabani də daxil edilməklə, üç nümayəndə tərəfindən təsdiq olunub. Birləşmiş Ştatlar ölkədə demokratiyaya və dəyişikliklərə gətirib çıxaracaq bu qanun layihəsinin tezliklə təsdiqinə çağırırdı. Parlament bu layihəni Kərkük məsələsi barədə razılıq əldə edilmədən, hələ keçən ay təsdiq etmişdi. Qanunvericilər mübahisəli Kərkük məsələsini ayrıca, seçkilərdən sonra müzakirə etmək barədə razılığa gəliblər. voa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar