SON XƏBƏRLƏR

Britaniya hökümətində yerdəyişmə

2021.10.20, 07:36
Britaniya hökümətində yerdəyişmə

Gunaz.tv
Britaniya hökümətində yerdəyişmə 20080924171750gordon_brown_pick.jpg Qordon Braun Britaniyada baş nazir Qordon Braun (Gordon Brown) hökümətin tərkibində dəyişikliklər edir. Çoxları üçün təəccüblü görünən addım ataraq o, Avropa İttifaqının Ticarət Komissarı Piter Mandelsonu (Peter Mandelson) yenidən hökümət işinə qaytarır. Piter Mandelsonu keçmiş baş nazir Toni Bleyerin (Tony Blair) yaxın müttəfiqlərindən biri, lakin indiki baş nazirə yaxın olmayan bir fiqur kimi görürlər. Qordon Braun həmçinin Britaniyanın yeni Müdafiə nazirini də təyin edib. Piter Mandelsonun hökümətin tərkibinə qaytarılması şok-xəbər kimi qarşılanıb. Çünki o, həm hakim Leyborist partiyasında, həm də partiya xaricində ziddiyyətli fiqur kimi tanınırdı. Bundan əvvəl Piter Mandelson hökümətin tərkibindən iki dəfə istefa verməyə məcbur edilmişdi. Baş nazir Qordon Braunla sıx dostluq münasibətləri olmasa da, Piter Mandelson beynəlxalq ticarət sahəsində əhəmiyyətli təcrübəyə malikdir. Onun yeni kabinet tərkibində icra edəcəyi rollardan biri də məhz bu sahəyə aid olacaq. Digər tərəfdən P.Mandelsonun hökümətə qayıdışı baş nazir Qordon Braunun Leyborist partiyasının müxtəlif qanadlarını bir-birnə yaxınlaşdırmaq cəhdi də ola bilər. Ümumiyyətlə, cənab Braun hökümətdə iqtisadiyyat komandasını gücləndirmək niyyətindədir. O, müdafiə naziri Des Braunu (Des Browne) Con Hatonla (John Hutton) əvəzləyir. bbc

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar