SON XƏBƏRLƏR

TÜRKİYƏLİ EKSPERT: “AZƏRBAYCANLA ERMƏNİSTANIN QAFQAZ SABİTLİK VƏ ƏMƏKDAŞLIQ PLATFORMASİNDA YER ALACAĞINA İNANMIRAM”

2021.10.20, 07:36
TÜRKİYƏLİ EKSPERT: “AZƏRBAYCANLA ERMƏNİSTANIN QAFQAZ SABİTLİK VƏ ƏMƏKDAŞLIQ PLATFORMASİNDA YER ALACAĞINA İNANMIRAM”

Gunaz.tv
istanbul.jpg “Qafqaz Sabitlik və Əməkdaşlıq Platforması ideyası Rusiyanın Gürcüstana hücumundan sonra gündəmə gəldi. Türkiyənin bu şəkildə proaktiv siyasət yeridərək liderlik rolunu öz üzərinə götürməsinin ən önəmli səbəblərindən biri BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvlüyü üçün dəstək qazanmaq istəməsidir”. Bu sözləri APA-nın Türkiyə bürosuna açıqlamasında bu ölkənin ən böyük qeyri-hökumət təşkilatlarından biri olan “Arı” qrupunun baş koordinatoru Ural Aküzüm deyib. O bildirib ki, Qafqaz Sabitlik və Əməkdaşlıq Platformasının yaradılması təşəbbüsü AKP-nin gördüyü bəzi düzgün işlərdən biridir: “Türkiyənin bölgədə belə bir rol oynaması vacibdir. Ancaq digər tərəfdən, bu siyasətdə bir tutarsızlıq da var. Bölgədə sülh istəmək çox konkret bir çağırış deyil - bu, bir növ suya-sabuna toxunmamaq deməkdir. Gürcüstan NATO-ya üzv olsaydı, Türkiyə yenə eyni şəkildə hərəkət edəcəkdimi? Diqqət etdinizsə, baş nazir Ərdoğanın Moskvada Putin və Medvedevlə görüşündən sonra rus qəzetləri Türkiyənin Rusiyanı haqlı saydığına dair şərhlər verdilər. Amerikalı şərhçilərdən də eyni analiz gəldi. Ancaq bütün bunlara baxmayaraq, Qafqazda Sabitlik və Əməkdaşlıq Platformasının yaradılması yaxşı olardı”. Məsələyə Azərbaycanın nöqteyi-nəzərindən baxdıqda hansı mənzərənin ortaya çıxdığına dair sualı cavablandıran ekspert Bakının İrəvanla diplomatik münasibət yaratmasının mümkün olmadığını vurğulayıb: “Çünki Azərbaycan torpaqlarının 20%-i işğal altındadır. Buna görə də Azərbaycan və Ermənistanın hələlik eyni platformada əməkdaşlıq edəcəyinə ehtimal vermirəm”.versiya

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar