SON XƏBƏRLƏR

QAT ANADOLU TÜRKLƏRİNƏ MÜRACİƏT ETDİ . Təşkilat Qarsda “Qafqaz festivalı”nın keçirilməsinə imkan verməməyə çağırır

2021.10.20, 07:36
QAT ANADOLU TÜRKLƏRİNƏ MÜRACİƏT ETDİ . Təşkilat Qarsda “Qafqaz festivalı”nın keçirilməsinə imkan verməməyə çağırır

Gunaz.tv
QAT ANADOLU TÜRKLƏRİNƏ MÜRACİƏT ETDİ Təşkilat Qarsda “Qafqaz festivalı”nın keçirilməsinə imkan verməməyə çağırır Qarabağ Azadlıq Təşkilatı (QAT) Qarsda keçirilməsi nəzərdə tutulan “Qafqaz festivalı” və Ermənistan prezidenti Serj Sərkisyanın Türkiyəyə gözlənilən səfəri ilə bağlı Anadolu türklərinə müraciət edib. QAT mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciətdə Türkiyənin hazırkı iqtidarı işğalçı Ermənistanla işbirliyi yaratmaqda ittiham olunub və türk millətindən bu məsələyə müdaxilə etməsi istənilib. “Ümid edirik ki, siz özünüz bu xəyanətkar xəttin həyata keçirilməsinə imkan verməyəcəksiniz. Son hadisələri bir daha sizlərə xatırladır və ermənilərlə ”dostluq" siyasətinin qarşısını almağa çağırırıq. İnanırıq ki, Ermənistanın terrorçu və qaniçən prezidenti Serj Sərkisyanın Türkiyəyə gözlənilən səfərinə imkan verməyəcəksiniz. Qars bələdiyyəsinin rəhbərliyinin təşəbbüsü ilə “Qafqaz festivalı”, daha doğrusu “erməni festivalı” keçirmək niyyəti haqda məlumatlar da var. Ermənilərə xidmət göstərən bu şəxs onların Qarsda törətdikləri vəhşilikləri, oradakı kütləvi məzarlıqları unutmamalıdır. Qars Azərbaycan və Türkiyə vətəndaşları üçün müştərək və tarixi bir ərazidir. Qarsı erməni oylağına çevirmək istəyənlər ancaq lənətə layiqdirlər". Xəbər xidməti musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar