SON XƏBƏRLƏR

Corc Buş 700 milyard dollar maliyyə yardımıilə bağlı qanun

2021.10.20, 07:36
Corc Buş 700 milyard dollar maliyyə yardımıilə bağlı qanun

Gunaz.tv
Corc Buş 700 milyard dollar maliyyə yardımıilə bağlı qanun corc-bush40.jpg Amerika prezidenti Corc Buş ölkəyə 700 milyard dollar maliyyə yardımı edilməsilə bağlı qanun layihəsinə imza atıb. Ağ Ev rəhbəri sənədi dəstəklədiyinə görə Konqresi alqışlayıb. Onun sözlərinə görə, bu vəsait ölkəni böhrandan xilas edəcək və Amerikanın dünyadakı iqtisadi qüdrətini artıracaq. Hələki, Birləşmiş Ştatlar, o cümlədən avropada baş qaldıran bu böhranın ağır nəticələrini hiss etməkdədir. Problemin çözülməsi məqsədilə bu gün avropanın yeddi ən inkişaf etmiş dövləti bir araya gələcəklər. Analitiklər planın Corc Buş tərəfindən qəbul edilməsindən sonra Amerika maliyyə bazarında müsbət dəyişikliklərin olacağını proqnozlaşdırırdı. Lakin bu baş verməyib. Birjalar bağlanarkən əsas indekslərdə enmə müşahidə olunub. Belə ki, Dou Cons 1,5 faiz, standart Ənd Puurs 1,35 faiz, Nasdaq - ın indeki isə 1,48 faiz ucuzlaşıb. Ekspertlərin fikrincə, buna səbəb hökumətin gördüyü tədbirlərə inamın az olmasıdır. --------------------------------------------------------------------- ABŞ MÜDAFİƏ NAZİRLİYİ DÜNYA ÖLKƏLƏRİNƏ ETDİYİ HƏRBİ YARDIMIN MİQDARINI AÇIQLAYIB Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyi ötən il dünya ölkələrinə etdiyi hərbi yardımın miqdarını açıqlayıb. Bu çərçivədə Azərbaycana 4,86 milyon, Ukraynaya 10,1 milyon, Gürcüstana 25,1 milyon, Ermənistana isə 3,1 milyon dollar ayrılıb. Latviya, Litva, Estoniya da Pentaqonun hərbi yardımlarından faydalanıb. Əsasən keçmiş sovet ölkələrinə edilən hərbi yardımlar təlim və treninqlər, aivasiya texinikası və hərbi sursat alınması üçün nəzərdə tutulub. /Ictimai TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar