SON XƏBƏRLƏR

BU GÜN(4 OKTYABR) AZƏRBAYCANDA TATARISTAN MƏDƏNİYYƏTİ GÜNLƏRİ BAŞLAYIR

2021.10.20, 07:36
BU GÜN(4 OKTYABR) AZƏRBAYCANDA TATARISTAN MƏDƏNİYYƏTİ GÜNLƏRİ BAŞLAYIR

Gunaz.tv
BU GÜN AZƏRBAYCANDA TATARISTAN MƏDƏNİYYƏTİ GÜNLƏRİ BAŞLAYIR tataristan.jpg Bakıya gələn 60 nəfərdən ibarət nümayəndə heyətinə Tatarıstanın baş nazirinin müavini, mədəniyyət naziri Zilya Valeyeva başçılq edir. Oktyabrın 6-dək davam edəcək tədbir çərçivəsində Tatarıstan mədəniyyət və incəsənət xadimlərinin, azərbaycanlı həmkarları ilə görüşü olacaq, tatar musiqiçilərinin ifasında qala konsert keçiriləcək. Bu ölkənin müasir rəssamlarının əsərlərindən ibarət sərgi də nümayiş etdiriləcək. /Ictimai TV/ -------------------------------------------------------------------------- AVROPA İTTİFAQININ CƏNUBİ QAFQAZ VƏ MƏRKƏZİ ASİYA ÜZRƏ XÜSUSİ NÜMAYƏNDƏSİ BAKIYA GƏLƏCƏK Avropa İttifaqının Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Piter Semnebinin yaxın günlərdə Bakıya gələcəyi gözlənilir. «Azadlıq» radiosunun yaydığı məlumata görə, səfərdə əsas məqsəd Azərbaycanda prezident seçkisi öncəsi vəziyyətlə tanış olmaqdır. Piter Semnebinin ölkə rəsmiləri, qeyri-hökümət təşkilatlarının rəhbərləri və müxalifət partiyalarının təmsilçiləri ilə görüşləri nəzərdə tutulub. /Ictimai TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar