SON XƏBƏRLƏR

AMERİKA HƏRBİ HAVA QÜVVƏLƏRİ PAKİSTAN HÖKUMƏTİNDƏN ÜZR İSTƏYİB

2021.10.20, 07:36
AMERİKA HƏRBİ HAVA QÜVVƏLƏRİ PAKİSTAN HÖKUMƏTİNDƏN ÜZR İSTƏYİB

Gunaz.tv
AMERİKA HƏRBİ HAVA QÜVVƏLƏRİ PAKİSTAN HÖKUMƏTİNDƏN ÜZR İSTƏYİB pakistan_flag.gif Amerika Birləşmiş Ştatları hərbi hava qüvvələrinin Pakistan-Əfqanıstan sərhədində apardığı hərbi əməliyyatlar 21 nəfərin həyatına son qoyub. Onların 16-sı xarici ölkə vətəndaşlarıdır. Pakistan hərbi kəşfiyyatının məlumatına görə, Şimali Vəziristan əyalətində Talibləri və «Əl-Qaidə» üzvlərinin sığınacaqları olduğu ehtimal edilən ərazilərə raket zərbələri endirilib. Ərazini 8 dəfə atəşə tutan Amerika hərbi hava qüvvələri Pakistan hökumətindən hadisəyə görə üzr istəyib. /Ictimai TV/ ---------------------------------------------------------------------- XƏZƏRIN HÜQUQİ STATUSUNUN MÜƏYYƏN EDİLMƏSİ İLƏ BAĞLI NÖVBƏTİ TOPLANTI ASTANADA KEÇİRİLƏCƏK Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi ilə bağlı növbəti toplantı bu ilin sonunadək Qazaxıstanın paytaxtı Astanada keçiriləcək. Bu görüşdə Xəzərin bütün sahilyanı dövlətlərinin nümayəndələri iştirak edəcək. Xarici işlər nazirinin müavini Xələf Xələfovun verdiyi məlumata görə, nümayəndələr konvensiya layihəsi üzərində işi davam etdirəcək. /Ictimai TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar