SON XƏBƏRLƏR

İKİ MƏŞHUR AYƏTULLAH HÖKUMƏTİ TƏNQİD EDİB

2021.10.20, 07:36
İKİ MƏŞHUR AYƏTULLAH HÖKUMƏTİ TƏNQİD EDİB

Gunaz.tv
İKİ MƏŞHUR AYƏTULLAH HÖKUMƏTİ TƏNQİD EDİB Ramazan bayramı münasibətilə İranda keçirilən tədbirlərdə iki məşhur ayətullah hökumət rəsmilərinin xüsusilə iqtisadi siyasətini tənqid edib. oktyabrın 1-də Qum şəhərində Ramazan bayramı namazından sonra çıxış edən ayətullah Nasir Məkarim Şirazi hökumət rəsmilərini ölkənin iqtisadi problemlərini gəlişigözəl sözlərlə yox, əməldə aradan qaldırmağa çağırıb: «Bu gün bir sıra xarici ölkələrin dünya bazarlarını ələ keçirməsinin və iqtisadi sahədə yüksək inkişaf mərhələsinə qədəm qoymasının şahidiyik. Şübhə yoxdur ki, onlar bu inkişafa oturub danışmaq və nitq söyləməklə yox, dediklərinə əməl etməklə nail olublar. Ölkə problemlərini nitq söyləmək və statistik rəqəmləri sitat gətirməklə yox, vədlərə əməl etməklə aradan qaldırmaq mümkündür». İslahatçılara yaxınlığı ilə tanınan ayətullah Yusif Sanei isə bir sıra hökumətyönlü partiya rəhbərləri ilə görüşündə 2009-cu ilin iyununda İranda keçiriləcək prezident seçkisinə toxunub və hazırkı dövlət başçısı Mahmud Əhmədinejadın adını çəkmədən bildirib ki, prezident vəzifəsinə daha səriştəli adamı seçmək vacibdir: «Bu vəzifəyə elə adamı seçmək lazımdır ki, ölkənin iqtisadi və digər problemlərini həll etməyə qadir olsun».

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar