SON XƏBƏRLƏR

TƏBRİZLİ TƏLƏBƏLƏR İŞGƏNCƏLƏRDƏN ŞİKAYƏTLƏNİBLƏR

2021.10.20, 07:36
TƏBRİZLİ TƏLƏBƏLƏR İŞGƏNCƏLƏRDƏN ŞİKAYƏTLƏNİBLƏR

Gunaz.tv
TƏBRİZLİ TƏLƏBƏLƏR İŞGƏNCƏLƏRDƏN ŞİKAYƏTLƏNİBLƏR İki aydan çoxdur həbsdə olan azərbaycanlı tələbələr - Təbriz Universitetinin tələbələri Aydın Xacei, Fəraz Zehtab, Mənsur Əminiyan, Maqsud Əhdi, Əmir Mərdani və İsfahan Universitetinin tələbəsi Məcid Makui Zad bir neçə gün əvvəl Təbriz Mərkəzi Zindanındakı təkadamlıq kameralara köçürülüblər. «Media forum» saytının məlumatına görə, Təbriz Universitetinin tələbələri şəhərin mərkəzi zindanına köçürüldükdən sonra valideynlərinin onlarla qısamüddətli görüşünə icazə verilib. Məhbus tələbələrin həmin görüşdə istintaq zamanı psixi və fiziki işgəncələrə məruz qalmalarından şikayətləndikləri bildirilir, eyni zamanda F.Zehtabın mədəsində baş vermiş qanaxmadan əziyyət çəkdiyi, onun təcili müalicəyə ehtiyac duyduğu vurğulanır. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar