SON XƏBƏRLƏR

Altı nəfər milli hərəkat fəalı Ərdəbil inqilab məhkəməsinə çağırıldı

2021.10.20, 07:36
Altı nəfər milli hərəkat fəalı Ərdəbil inqilab məhkəməsinə çağırıldı

Gunaz.tv
Altı nəfər milli hərəkat fəalı Ərdəbil inqilab məhkəməsinə çağırıldı feallar-iran-1.jpg DAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən: 2 oktyabır 2008 inci il tarixində altı nəfər Güney Azərbaycan milli hərəkat fəalı Əsgər Əkbərzadə,Behruz Əlizadə,Ərdəşir Kərimi,Hüseyn Hüseyni,Vədud Səadəti və Rəhim Qulami Güney Azərbaycanın milli və mədəni haqlarını tələb etdiklərinə görə Ərdəbil inqilab məhkəməsinə çağrılıblar.Soydaşlarımızın məhkəməsi 4 oktyabr 2008 inci il tarixində Ərdəbil inqilab məhkəməsində hakim Ətayi tərəfindən keçiriləcək.Xatırladaq ki məhkəməyə çağrılan soydaşlarımız milli fəaliyətlərinə görə 2006,2007,2008 inci illərdə İran təhlükəsizlik orqanları tərəfindən dəfələrlə həbs edilərək ışgəncə və təziqlərə məruz qalıblar.uzun müddət qanunsuz Ettelaat tcrid xanasında saxlanınan soydaşlarımız külli miqdarda girov muqavilində müvəqqəti azadlıqa buraxılmışlar.Adları çəkilən milli fəalların həbsilə bağlı beynəlxalq Əf təşkilatı bəyanat vermiş və onların dərhal azadlıqa buraxılmalarını tələb edibdir.Rəhim Qulami şəhid ailəsi olmaqına baxmayaraq bugünə qədər miili fəaliyətlərinə görə beş dəfə həbs edilib,ağır işgəncələrə məruz qoyulub və 18 ay müddətinə azadlıqdan məhrum edilib.dak

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar