SON XƏBƏRLƏR

NATO Gürcüstan və Ukraynada nüvə silahı yerləşdirəcək

2021.10.20, 07:36
NATO Gürcüstan və Ukraynada nüvə silahı yerləşdirəcək

Gunaz.tv
NATO Gürcüstan və Ukraynada nüvə silahı yerləşdirəcək nikolay-patrusev.jpg Nikolay Patruşev: “Rusiyaya qarşı hərbi birlik yaradılır” Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Ukrayna və Gürcüstanda qurulacaq hərbi bazaların strateji və iqtisadi cəhətdən Rusiya üçün ən böyük təhdid olduğunu bildirib. Lent.az-ın məlumatına görə, “İzvestiya” qəzetinə müsahibə verən Patruşev ABŞ və NATO-nun Şərqə doğru genişlənmə istəyinin arxasında Rusiyaya qarşı hərbi birlik qurulmasının dayandığını bəyan edib. Təhlükəsizlik Şurasının katibi Gürcüstan və Ukraynanın NATO üzvü olduqları təqdirdə Şimali Atlantika blokunun bu ölkələrin ərazisində quru, dəniz və hava qoşunları bazalarını quracağını iddia edib: “Bölgəyə strateji və taktiki nüvə silahları yerləşdiriləcək”. Patruşev bundan sonra Rusiyanın hərbi və iqtisadi maraqlarının NATO və ABŞ-ın hədəfinə çevriləcəyini bildirib: “Hökumət və hərbi komandanlıq mərkəzləri də buraya daxildir”. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar