SON XƏBƏRLƏR

Bayden Pelinə qalib gəlib

2021.10.20, 07:36
Bayden Pelinə qalib gəlib

Gunaz.tv
palinbiden2008.jpg Televiziya tamaşaçıları demokratların namizədini dəstəkləyiblər! Amerikanın CNN və CBS telekanallarının tamaşaçıları arasında keçirdikləri rəy sorğusu vitse-prezidentliyə namizədlər arasında keçirilən debatda Cozef Baydenin Sara Pelinə qalib gəldiyini göstərib. Lent.az-ın məlumatına görə, demokrat namizəd respublikaçı namizədi böyük fərqlə geridə qoyub. CNN-in keçirdiyi rəy sorğusu zamanı tamaşaçıların 51 faizi Baydenin qələbə çaldığını bildirib. Bu zaman Pelini tamaşaçıların cəmi 36 faizi dəstəkləyib. Seçkilərdə kimə səs verəcəyini hələ də ayırd etməyən tamaşaçılar arasında rəy sorğusu da demokrat namizədin aşkar üstünlüyünü göstərib. CBS telekanalının keçirdiyi bu sorğunun nəticələrinə görə, Bayden 46, Pelin isə cəmi 21 faiz səs yığıb. Xatırladaq ki, vitse-prezidentliyə namizədlər arasında yeganə debat oktyabrın 2-də axşam Missuri ştatının Sent-Luis Universitetində keçib. Növbəti debat oktyabrın 7-də prezidentliyə namizədlər Con Makkeyn və Barak Obama arasında olacaq.lentaz

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar