SON XƏBƏRLƏR

PKK-nın məsul şəxslərindən biri tutuldu

2021.10.20, 07:36
PKK-nın məsul şəxslərindən biri tutuldu

Gunaz.tv
PKK-nın məsul şəxslərindən biri tutuldu pkk-destesi.jpg PKK terror təşkilatının “gənclər təşkilatı”nın rəhbəri Ramazan Morkoç İstanbuldakı Atatürk Hava Limanında saxlanılıb. Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Ramazan Morkoçun xaricə qaçmağa hazırlaşdığı məlum olub. Uzun müddətdir, axtarışda olan terrorçunun xaricə saxta pasportla qaçmaq istədiyi də müəyyənləşib. Məlum olub ki, Morkoç qanunsuz aksiyaların təşkili ilə bağlı planlar hazırlayıb. LENT.AZ --------------------------------------------------------------------- Məscidə İsa peyğəmbərin adı verildi isa-peyqember.jpg Xristianlar müsəlmanların bu addımını müsbət qarşılayıblar İordaniyanın paytaxtı Əmman şəhərində bir məscidə İsa peyğəmbərin adı verilib. Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, camenin imamı Bilal Hanini İsa peyğəmbərin müsəlmanlar tərəfindən də peyğəmbər kimi qəbul olunduğunu bildirib. İslam tolerant din olduğunu qeyd edən imam İordaniyada müsəlman və xristianların bərabər yaşadıqlarını, dini zəmində heç bir problemin olmadığını vurğulayıb. Məscidin divarlarına İsa peyğəmbər və həzrəti Məryəmlə bağlı Qurandakı mədhiyyələr yazılıb. Xristianlar müsəlmanların bu addımını müsbət qarşılayıblar. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar