SON XƏBƏRLƏR

SERJ SƏRKİSYAN GÜRCÜSTANDA «ŞƏRƏF» ORDENİ ALDI

2021.10.20, 07:36
SERJ SƏRKİSYAN GÜRCÜSTANDA «ŞƏRƏF» ORDENİ ALDI

Gunaz.tv
SERJ SƏRKİSYAN GÜRCÜSTANDA «ŞƏRƏF» ORDENİ ALDI Gürcüstan prezidenti Mixal Saakaşvili oktyabrın 1-də Tbilisidə səfərdə olan ermənistanlı həmkarı Serj Sərkisyanı «Şərəf» ordeni ilə təltif edib. Serj Sərkisyan Dövlət başçıları birgə keçirdikləri brifinqdə regionda sülhün qorunmasının vacib olduğunu bildiriblər. «Qafqaz xəritədə çox balaca görünür, amma böyük əhəmiyyət kəsb edir. Biz çalışmalıyıq ki, Qafqazdakı böyük maraqlardan xalqımızın rifahı üçün istifadə edək» deyə Sərkisyan bildirib. «Azadlıq» radiosu xəbər verir ki, prezident Saakaşvili Rusiyanın Gürcüstana müdaxiləsinə toxunaraq deyib: «Son hadisələr göstərdi ki, regional əməkdaşlıq bizim üçün nə qədər vacib əhəmiyyət daşıyır, problemlərdən və konfliktlərdən nə qədər əziyyət çəkirik. Bir daha anladıq ki, bu məsələlərin həllini başqa nəsillərə ötürmək olmaz».

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar