SON XƏBƏRLƏR

SERGEY LAVROV: “DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN HƏLLİ PROSESİNDƏ BİR SIRA PRİNSİPİAL MƏQAMLAR RAZILAŞDIRILIB”

2021.10.20, 07:36
SERGEY LAVROV: “DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN HƏLLİ PROSESİNDƏ BİR SIRA PRİNSİPİAL MƏQAMLAR RAZILAŞDIRILIB”

Gunaz.tv
SERGEY LAVROV: “DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN HƏLLİ PROSESİNDƏ BİR SIRA PRİNSİPİAL MƏQAMLAR RAZILAŞDIRILIB” sergey_lavrov-1.jpg “Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində bir sıra prinsipial məqamlar razılaşdırılıb. Bu məqamlar ATƏT-in Minsk Qrupunun Rusiya, ABŞ və Fransadan olan həmsədrləri tərəfindən sənədləşdirilib və ATƏT-də saxlanılır. Orada təbii ki, razılaşdırılmayan məsələlər də var, ancaq bu məsələlərin həllinə imkan yaradacaq müxtəlif variantlar da mövcuddur”. Bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda erməni həmkarı Edvard Nalbandyanla görüşündən sonra jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, həll prosesi ilə bağlı planlaşdırılan görüş və danışıqlar irəliyə doğru addım atmağa imkan verəcək. S. Lavrov Rusiya və Ermənistanın bütün münaqişələrin yalnız sülh yolu ilə həllinə üstünlük verdiklərini söyləyib: “Biz Saakaşvili rejiminin Cənubi Osetiyaya təcavüzündən sonra Qafqazda yaranmış vəziyyətə xüsusi diqqət ayırdıq. Hesab edirik ki, istənilən münaqişə beynəlxalq hüquq əsasında danışıqlar masasında həllini tapmalıdır”. Rusiyalı nazirin sözlərinə görə, böhranlı vəziyyətlərin güc tətbiq etməklə həlli cəhdləri iflasa məhkumdur.versiya

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar