SON XƏBƏRLƏR

NATO "Virtual İpək Yolu"nu Özbəkistandan keçirir

2021.10.20, 07:36
NATO "Virtual İpək Yolu"nu Özbəkistandan keçirir

Gunaz.tv
NATO "Virtual İpək Yolu"nu Özbəkistandan keçirir nato.jpg NATO-nun "Virtual İpək Yolu" (Virtual Silk Highway) telekommunikasiya layihəsinin reallaşdırılması üzrə Şuranın növbəti üçgünlük iclası oktyabrın 1-də Daşkənddə keçirilir. Şuranın iclasını Özbəkistanın Elmlər Akademiyası (EA) və NATO-nun elmi komitəsi təşkil edib. İclasda informasiya texnologiyaları sahəsi üzrə Özbəkistan, Azərbaycan, Ermənistan, Belarus, Belçika, Böyük Britaniya, Macarıstan, Almaniya, Qazaxıstan, Niderland, Norveç, Polşa, Rusiya, Tacikistan, Türkmənistan və Türkiyədən olan mütəxəssislər, ekspert və alimlər iştirak edib. NATO-nun "Virtual Silk Highway" elmi layihəsi Brüsseldə Şimali Atlantika Bloku qərərgahını Mərkəzi Asiya və Zaqafqaziya hərbi orqanlarının kompyüter sistemlərilə birləşdirmək üçün nəzərdə tutulub. Özbəkistan Elmlər Akademiyasının prezidenti Şavkat Salihov iclasın açılışında bildirib: "Özbəkistan "Virtual ipək yolu" layihəsi çərçivəsində Mərkəzi Asiya və Qafqaz ölkələri üzrə elmi şəbəkənin yaradılmasına fəal qoşulub. Göytürk Bu məqsədlə respublikada UzSciNet sistemi yaradılıb. Sistem Özbəkistanın elm və mədəniyyətilə bağlı bütün informasiyaları özündə saxlayır. Bundan əlavə, bu sistem informasiya texnologiyaları sahəsində mütəxəssislərin hazırlanması və ixtisaslarının artırılmasına yardım edir". Üç gün davam edəcək iclas zamanı "Virtual ipək yolu" layihəsi çərçivəsində çoxtərəfli əməkdaşlıq, təcrübə və informasiya mübadiləsinin fəallaşdırılması məsələləri müzakirə olunacaq. Özbəkistdanda "Virtual İpək Yolu layihəsi" çərçivəsində UZINFOCOM mərkəzindən idarə olunan UzSciNet elmi-təhsil sistemi yaradılıb. Bu şəbəkə istifadəçilərə elmi, mədəni, təhsil, səhiyyə və s. sahələrdə internetə giriş imkanı yaradır. Ölkənin müxtəlif bölgələrində nümayəndəlikləri olan UzSciNet istifadəçilərə adi modem və ayrıca xətlərlə internetə girişi təmin edir, informasiya texnelogiyaları sahəsində mütəxəssislər hazırlayır. Özbəkistanın tarixi, mədəni zənginlikləri, turizm imkanları barədə məlumatları yayır. İclasda "Virtual İpək Yolu layihəsi" çərçivəsində çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub. Xatirladaq ki, NATO-nun "Virtual İpək Yolu" layihəsi çərçivəsində üzv ölkələr (Azərbaycan, Ermənistan, Əfqanıstan, Gürcüstan, Qazaxıstan, Qırğısıztan, Tacikistan, Türkmənistan, Özbəkistan) güzəştli tariflərlə yüksək sürətli internetə giriş əldə edib. Layihənin əsas məqsədi Qafqazın və Mərkəzi Asiyanın elim-təhsil müəssisələri arasında informasiya mübadiləsinə nail olmaqdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar