SON XƏBƏRLƏR

Bağdadda törədilən son terror aktlarında 12 nəfər ölüb

2021.10.20, 07:36
Bağdadda törədilən son terror aktlarında 12 nəfər ölüb

Gunaz.tv
Bağdadda törədilən son terror aktlarında 12 nəfər ölüb 20081003100324_1.jpg Son bir gündə Bağdadda 2 şiə məscidi yaxınlığında törədilmiş terror aktları nəticəsində 12 nəfər həlak olub, 31 nəfər isə yaralanıb. Birinci terror aktı Bağdadın Zafraniyə rayonunda yerləşən məscid yaxınlığında terrorçu-kamikadzenin idarə etdiyi partlayıcı qurğu yerləşdirilən avtomobili partlatması nəticəsində baş verib. Nəticədə 7 nəfər həlak olub 21 nəfər yaralanıb. Terrorçu kamikadze tərəfindən törədilən ikinci partlayış isə yeni Bağdad rayonunda törədilib. Bu partlayış nəticəsində isə 5 nəfər ölüb, 10 nəfər yaralanıb. Polis terror aktları nəticəsində qurbanların sayının artacağını istisna etmir. Qeyd edək ki, partlayışların ikisi də şiələrin daha çox məskunlaşdığı Şərqi Bağdadda törədilib. Rəsmilər ötən gün ramazan bayramının sonunda şiələrə qarşı törədilmiş bu terrorr aktının sonuncu olmayacağını bildiriblər. ANS PRESS

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar