SON XƏBƏRLƏR

Faşizm və kommunizm rəmzlərinin istifadəsinə qadağa

2021.10.20, 07:36
Faşizm və kommunizm rəmzlərinin istifadəsinə qadağa

Gunaz.tv
Faşizm və kommunizm rəmzlərinin istifadəsinə qadağa Ölkədə faşizm və kommunizi emblemləri və rəmzlərinin istifadəsinə qadağa qoyulmalıdır. Bu təkliflə çıxış edən millət vəkili Zahid Orucun sözlərinə görə, belə qadağalar qanunla müəyyən edilməlidir: "Artıq bir sıra ölkələrdə bu emblemlərin istifadəsinə qadağa qoyulub. Belə qadağanın qoyulması həm də gənclərin düzgün ideologiya ilə təmin olunmasına yardım göstərər. Ona görə, Azərbaycanda da sözügedən rəmzlərin istifadəsini qadağan edən qanun layihəsinin hazırlanmasına ehtiyac var". Millət vəkili onu da bildirib ki, "Xocalı soyqırımı haqqında" qanun layihəsi hazırlayaraq parlamentə təqdim edib. ("OLAYLAR"İA) ----------------------------------------------------------------------- İrəvanın tarixindən bəhs edən kitab İlin sonuna kimi işıq üzü görəcək Hazırda Tarix İnstitutunun kollektivi əsasən tarixən itirilmiş Azərbaycan torpaqlarının tarixini araşdırmaqla məşğuldur. İnstitutda Cənubi, Qərbi Azərbaycanın, xüsusilə, İrəvan xanlığının tarixinin araşdırılması əsas diqqət mərkəzindədir. Bu barədə məlumatı Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov verib. Onun sözlərinə görə, bu ilin sonuna kimi İrəvan xanlığının tarixindən bəhs edən yeni bir kitab işıq üzü görəcək. Bundan başqa Tarix İnstitutu 2009-cu ilə kimi Azərbaycanın Milli Tarix Atlasının ingilis və rus dillərində nəşrini də nəzərdə tutub. ("OLAYLAR"İA)

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar