Financial Times: İranın yenidənqurma üçün pulu yoxdur
CENTCOM: Hörmüzdə mina iddiaları yalandır
Milli Məclis Azərbaycan ilə Özbəkistan arasında əbədi dostluq haqqında Müqaviləni ratifikasiya edəcək
İranda daha üç iaşə obyekti bağlandı
Urmiya komandası İran Voleybol Premyer Liqasında daha üç xal qazandı
Azərbaycan və Türkiyə XİN rəhbərləri görüşüb
Küveyt İran səfirini Xarici İşlər Nazirliyinə çağırdı
İranda daha 9 məhbus edam edildi
Ceyhun Bayramov Ankarada TDT XİN Şurasının iclasında iştirak edib
İran edam və repressiyaları dərhal dayandırmalıdır- Hollandiya
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik ünvanlayıb
Rəsmi Seul Hörmüz boğazına hərbi qüvvə göndərməklə bağlı ABŞ-la danışıqlar aparır
Ceyhun Bayramov Türkiyəyə səfər edib
Qəzvinli fəal həbs edildi
Türkiyədə Cümhuriyyət Günü qeyd olunur
Tramp İranla müharibəni çox qısa müddətdə başa çatdırmaq niyyətindədir
İran polisi daha bir bəlucu öldürdü
İran məhkəməsi daha bir bəhaiyə ağır həbs cəzası verdi
İsrail və ABŞ razılaşıb: İrana genişmiqyaslı hücum bərpa ediləcək
Türkiyədə ABŞ İran arasında görüş keçirilməsi təklif edilib
İran Əmək Nazirliyinin rəsmisi ilin sonunadək 1 milyon 400 min iş yerinin itirilməsi təhlükəsi barədə xəbərdarlıq edib
Əmirhüseyn Ağayi Təbrizdə həbs edilib
Güneyli fəal Mehrdad Qaderi Təbriz həbsxanasına köçürülüb
İranda illik inflyasiya 76,8 faizə çatıb: ərzaq məhsullarında kəskin bahalaşma
Küveyt İran səfirini çağırıb
Ramil Həsən Cevdet Yılmazla Azərbaycan-Türkiyə münasibətlərini müzakirə edib
ABŞ İsrailə daha çox “Patriot” hava hücumundan müdafiə sistemi göndərir
Sabah Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqləyib
Allahşükür Paşazadə: Dindarlar hər zaman dövlətimizin yanındadırlar, xaricdən gələcək hər bir təxribata cavab verməyə hazırıq
Iranda daha altı məhbus edam edilib
İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
Sulduzlu sosial media fəalı müvəqqəti olaraq sərbəst buraxılıb
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
Tramp seçkilərdən sonra İrana zərbə endirilməsinin mümkün olduğunu bildirib
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
ABŞ İranın Amerika hərbi gəmilərinin Hörmüzdən çıxması barədə bəyanatını təkzib edib
CNN: ABŞ İrana genişmiqyaslı hərbi zərbələr endirməyə hazırlaşır
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
Ərdəbilli fəal həbs edilib
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
İraqlı etirazçılar: “İran, itlərini geri çək!” (Video)
Zəki Qazioğlu: "Hər iki tərəfi razı sala biləcək yeni bir ortaq dövlətin qurulması üçün bütün imkanlarımızı səfərbər edirik" "Maraqlarımızı təmin etməyən bir anlaşmaya "xeyir" demə ehtimalı daima var" Kıbrıs probleminin həlli məqsədilə adanın türk və yunan tərəfi arasında aparılan danışıqlar prosesinin nəticə verəcəyinə ümid edilir. Belə bir açıqlama ilə çıxış edən Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Zəki Qazioğlu tərəflər arasında aparılan danışıqlar prosesinin detalları barədə də danışıb. Danışıqların nəticə verəcəyi təqdirdə hər iki tərəfin təmsil olunacağı vahid dövlətin yaradılacağını deyən Zəki Qazioğlu KKTC-nin ayrı-ayrı dövlətlərlə olan iqtisadi əlaqələrindən də söz açıb. Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri ölkəsində gözlənilən erkən seçimlərdən də danışıb. ("OLAYLAR"İA) -Zəki bəy, Kıbrısın rum tərəfi ilə aparılan danışıqlar prosesi hansı mərhələdədir və danışıqların gedişini necə qiymətləndirirsinizğ -Tərəflər arasında danışıqlar keçən ay başladı. Bu müddət ərzində prezidentlər arasında iki dəfə görüş keçirildi. Görüşlərdə ilk müzakirə edilən məsələlər yaradılacaq ortaq dövlətin hökumətinin necə formalaşacağı, nazirliklər və digər dövlət orqanlarında təmsilçiliyin tərəflər səviyyəsində hansı nisbətdə olacağı ilə bağlıdır. Keçirilən iki görüşdə müzakirə edilən məsələlər məhz bu istiqamətdə olub. Hazırda danışıqlara bir qədər ara verilib. Həm rum tərəfi liderinin BMT səviyyəsində keçirilən toplantıda iştirak etməsi, həm də türk tərəfinin Ramazan bayramını qeyd etməsi səbəbindən danışıqlar bir qədər ertələndi. Prezidentlər səviyyəsində növbəti görüş oktyabrın 10-da olacaq. Bundan sonrakı müzakirələr isə mal-mülk mövzusunda davam edəcək. Etiraf etmək lazımdır ki, bu məsələ ən çətin həll edilə biləcək məsələlərdəndir. -Tərəflər arasında hər hansı bir anlaşmanın əldə ediləcəyinə ümid varmı? Konkret olaraq Kuzey Kıbrıs Türk Cümhuriyyəti aparılan danışıqlardan nə gözləyir? -Təbii ki, hər hansı bir ehtimal olmasaydı, görüşlər keçirilməzdi. Biz Kuzey Kıbrıs Türk Cümhuriyyəti olaraq sona qədər görüşləri davam etdirib hər iki tərəfi razı sala biləcək və irəlidə yeni bir ortaq dövlətin qurulması üçün bütün imkanlarımızı səfərbər edirik. -Danışıqlar prosesində Kuzey Kıbrıs Türk Cümhuriyyətinin maraqları tam mənada təmin edilir ? -Aparılan danışıqların nəticəsi olaraq referendum keçiriləcək. Əgər maraqlarımızı təmin etməyən bir anlaşma olmayacaqsa, o halda xalq lazım olan münasibətini bildirəcək. Əvvəlki referendumdan fərqli olaraq bu dəfə Kuzey Kıbrıs Türk Cümhuriyyətinin maraqlarımızı təmin etməyən bir anlaşmaya "xeyir" demək ehtimalı daima var. Son sözü xalq söyləyəcəyinə görə, liderlər də xalqının qəbul etmədiyi bir anlaşmanı asanlıqla qəbul etməzlər. -Ötən referendumdan sonra rum tərəfinə verilən imkanlar və onlara yaradılan şərait bu dəfə də təkrar edilə bilərmiğ Avropa Birliyi tərəflər arasında əldə ediləcək anlaşmada rum tərəfini üstün tutmayacaq ki ? -Keçən referenduma müsbət münasibət bildirən Kuzey Kıbrıs Türk Cümhuriyyətinə bir sıra vədlər verilmişdi. Təəssüflər olsun ki, bizə verilən vədlər nə Birləşmiş Ştatlar, nə də Avropa İttifaqı tərəfindən yerinə yetirilmədi. Ona görə də bu dəfə Avropa İttifaqı və Birləşmiş Ştatlar tərəfindən xalqı inandırmaq o qədər də asan olmayacaq. Türk tərəfi Avropa Birliyindən ümidini kəsib. Hazırda liderlərin görüşü xalq tərəfindən əhəmiyyət verilməyən bir hadisə kimi qiymətləndirilir. Əvvəllər hansısa bir görüş keçirilərkən xalq əminliklə bir anlaşmanın əldə ediləcəyinə ümid bəsləyirdi. Ancaq hazırda keçirilən görüşlərlə bağlı kimə sual verilsə belə görüşmələrin çox keçirildiyi, lakin heç bir nəticə olmadığı söylənilir. Ona görə də xalqın bu danışıqlara marağı yoxdur. Ancaq bütün halda liderlər mütəmadi olaraq görüşür və tərəflər arasında anlaşmanın əldə ediləcəyinə ümid bəsləyirik. -Kuzey Kıbrıs Türk Cümhuriyyətinə verilmiş heç bir vəd yerinə yetirilməyib ? -O zaman Avropa İttifaqı 259 milyon avro yardım ayırdı. Lakin həmin vəsaitdən istifadə etmək olduqca çətindir. Çünki rumlar bir sıra layihələrə mane oldular. Həmin vəsaitin infrastrukturun yeniləşməsi, yeni müəssisələrin açılmasına sərf edilməsi problemə çevrilir. Rum tərəfi bildirir ki, həmin tədbirlər vaxtı ilə onların nəzarətində olan ərazilərdə həyata keçiriləcəksə, o halda buna imkan verməyəcəklər. Üzərindən 30 ildən artıq bir vaxt keçməsinə baxmayaraq rum tərəfinin belə bir iddia ilə çıxış etməsi mənasızdır. Ancaq onu da nəzərə almaq lazımdır ki, güneydəki bir sıra torpaqlar da türk tərəfinə məxsusdur. Larnakadakı hava limanı türk torpağına aiddir. O halda rum tərəfi buna əməl edirmiğ Əlbəttə ki, yox. Yalnız davamlı olaraq problemlər çıxarır. Ona görə də Avropa Birliyinin ayırdığı vəsaiti istənilən şəkildə, iqtisadiyyatın inkişaf etdirilməsinə sərf etmək olmur. Avropa Birliyinin ayırdığı vəsait müəyyən konfransların keçirilməsi, səfərlərin təşkil olunmasına xərclənir. Biz türk tərəfi olraq həmin vəsaitdən iqtisadi baxımdan heç bir fayda görmədik. -Kuzey Kıbrıs Türk Cümhuriyyətində erkən seçim ehtimalı yaşanmaqdadır. Sizcə, xalq erkən seçimə hazırdır? -Normalda seçkilər 2010-cu ildə keçirilməlidir. Ancaq seçkilərin vaxtından əvvəl, 2009-cu ildə keçirilməsi üçün müxalifət tərəfindən təzyiqlər edilir. İqtisadi baxımdan da çətin bir dövr yaşanır. Ona görə bu prosesin 2010-cu ilə qədər davam edəcəyi bir qədər çətin görünür. Şəxsən mən də erkən seçimin olacağını ehtimal edirəm. Həmin seçkilərin tərəflər arasında keçirilən görüşlərə təsir edib-etməyəcəyini indidən söyləmək çətindir. Seçkilərə hələlik bir xeyli vaxt var və seçkilərə qədər görüşlərdən bir nəticə əldə edilib-edilməyəcəyi ortaya çıxacaq. -Türkiyə Cümhuriyyətinin Avropa Birliyinə üzv olması istəyindən Kuzey Kıbrıs Türk Cümhuriyyəti ilə bağlı məsələni bir qədər arxa plana atacağı və müəyyən güzəştlərə gedəcəyi bildirilir. Sizcə, Türkiyə belə bir addım atacaq ? -Belə bir şeyin baş verə biləcəyini ehtimal etmirəm. Türkiyənin Avropa Birliyinə girməsi səbəbindən Kıbrıs məsələsinə bir qədər arxa plandan yanaşacağı düşünülə bilməz. Əgər Türkiyə Avropa Birliyinə üzv olarsa, istər-istəməz Kıbrıs məsələsində bir sıra problemlər ortadan qalxmış olacaq. Rum tərəfinin düşüncəsi ondan ibarətdir ki, Türkiyə Avropa Birliyinə möhtacdır və bu ölkə AB-yə girərsə, biz də rum tərəfi olaraq ondan istədiyimizi asanlıqla ala bilərik. Hesab edirəm ki, bu olduqca yalnış bir düşüncədir. Əgər Türkiyənin Avropa Birliyinə girməsi üçün yalnız Kıbrıs problemi olsaydı, bu iş daha asan həll edilə bilərdi. Ancaq nəzərə almaq lazımdır ki, Türkiyənin Avropa Birliyinə daxil olması üçün başqa problemləri də var. Ona görə də rum tərəfi bu məsələdə Türkiyəni ciddi şəkildə təsir altında saxlaya bilməz. Həmçinin digər Avropa ölkələrinin də buna imkan verməməsi lazımdır. 700 min nəfərlik rum tərəfinin 70 milyonluq bir ölkənin Avropa İttifaqına üzv olmasına qarşı çıxması və AB-nin də buna şərait yaradacağı inanılmazdır. Əgər belə bir proses baş verərsə, deməli Avropa İttifaqında da heç bir xeyir yoxdur. Düşünürəm ki, Avropa ölkələri buna yol verməyəcəklər. Türkiyənin Avropa Birliyinə üzvlüyünü Kıbrıs problemi ilə əlaqələndirmək düzgün deyil. -Türkiyə prezidenti Abdulla Gülün Ermənistana səfərindən sonra rəsmi Yerevandan Kuzey Kıbrıs Türk Cümhuriyyətinin müstəqilliyinin tanına biləcəyi ilə bağlı mesajlar səsləndi. Ermənistanın Kuzey Kıbrıs Türk Cümhuriyyətinin müstəqilliyini tanıması nə dərəcədə mümkündür və Ermənistanın belə bir addım atması Kuzey Kıbrısa nə verə bilər ? -Bu teorik olaraq ortaya atılmış mesajdır, heç bir gerçəkliyi yoxdur. Biz hər hansı bir tanınma istəməmişik. Hazırda tərəflər arasında görüşlər keçirilir. Hesab edirəm ki, Ermənistan tərəfinin ortaya atdığı bu məsələnin keçərliliyi yoxdur. -Hazırda Kuzey Kıbrıs Türk Cümhuriyyətinin hansı ölkələrlə əlaqələri mövcuddur və Azərbaycanla münasibətlər hansı səviyyədədir ? -Kuzey Kıbrıs Türk Cümhuriyyətinin dünyanın 70-dən artıq ölkəsi ilə ticarət əlaqəsi var. İqtisadi sanksiyalar olmasına baxmayaraq müəyyən ölkələrə müəyyən məhsullar satılır. Bu bir qədər çətin olmasına baxmayaraq yenə də bunu bacara bilirik. Rum tərəfinin əngəlliklərinə baxmayaraq Kuzey Kıbrıs Türk Cümhuriyyətinin dünya ölkələri ilə iqtisadi münasibətləri davam edir. Azərbaycanda olduğu kimi bir sıra ölkələrdə də Kuzey Kıbrıs Türk Cümhuriyyətinin təmsilçilikləri fəaliyyət göstərir. Azərbaycanla münasibətlərimiz gündən-günə inkişaf etməkdədir. Azərbaycandan Kuzey Kıbrıs Türk Cumhuriyyətinə idman yarışlarına qatılmaq üçün gedən idmançılar, eləcə də təhsil almaq üçün KKTC-yə gələn gənclərin sayı ildən-ilə artır. Bu tədris ilində də tələbələrin sayında artım qeydə alınıb. Bir sözlə Azərbaycanla Kuzey Kıbrıs Türk Cümhuriyyəti arasında olan əlaqələr hər keçən gün daha da inkişaf edir. Azərbaycanda keçirilən konfranslar və toplantılarda KKTC-dən olan nümayəndələr də iştirak edir. Həmçinin Kuzey Kıbrısda təşkil olunan tədbirlərə Azərbaycan tərəfindən də nümayəndə heyəti qatılır. Süleyman olaylar
Küveyt İran səfirini Xarici İşlər Nazirliyinə çağırdı
İran edam və repressiyaları dərhal dayandırmalıdır- Hollandiya
Türkiyədə Cümhuriyyət Günü qeyd olunur
İran polisi daha bir bəlucu öldürdü
İsrail və ABŞ razılaşıb: İrana genişmiqyaslı hücum bərpa ediləcək
Türkiyədə ABŞ İran arasında görüş keçirilməsi təklif edilib
Iranda daha altı məhbus edam edilib
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Ocanda əfqanistanlılar həbs edilib
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər
Iranda daha altı məhbus edam edilib
Reuters: Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır, İrandan on milyonlarla dollar alıb
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
İran agentlərinin ABŞ ərazisində olması ehtimalı yüksəkdir- New York Times
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
Urmiya gölünün son vəziyyəti açıqlandı
Rusiyalı nüvə alimləri İrandan təxliyə edilib?
İranda daxili təyyarə biletləri 45 faiz bahalaşıb