SON XƏBƏRLƏR

Dağlar darıxıb ... (Abbas Leysanlı)

2021.10.20, 07:36
Dağlar darıxıb ... (Abbas Leysanlı)

Gunaz.tv
Dağlar darıxıb bitmədədir səbr-o qərari Getmişdi başından o keçən şan-o viqari Yoxdur nə koroğlu bağıra əldə qılıncı Dirçəldə yenə çənli olan belləri barı Qan ağlayır illərdi bu sultan savalan da Babək deyə səsləyir ətəyində qalaları Çıx lap qocaman dağlara od yurduna bir bax Odlar köz olub, köz də gedir sönməyə sarı Qır atla boz atdır dolanır çöllərə ərsiz Harda dəlilər, yoxsa kəsilmişdi qatarı Devran elə dönmuş bu dumanlı çöl içində Tərs axmadadır indidə çayların Axari İş böyləsə, gözlər umacaqdır savalandan Susmuşdu nədən, atmayır illərdi damarı? Ellərdə salıb fırtına, qopdurmasa tufan Gözdən döşu qalxızsa baş ondanda yuxarı Ancaq savalan bəllidi bunlarla yenilməz Axtarsa tapar işlərin hər cürdür aşarı Od yağdıracaqdır yenə Əlvəndə-Səhəndə Çırtlar belədir, qorqanın hər yerdə yanarı Hərdən oyanıb dağlar əgər səs - səsə versə Sağlamlaşacaq başda qanların atarı Yaz gəlmədə, daş bağrını güllər yaracaqdır Leysan Yağacaq yurduvu ancaq o sovarı

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar