Financial Times: İranın yenidənqurma üçün pulu yoxdur
CENTCOM: Hörmüzdə mina iddiaları yalandır
Milli Məclis Azərbaycan ilə Özbəkistan arasında əbədi dostluq haqqında Müqaviləni ratifikasiya edəcək
İranda daha üç iaşə obyekti bağlandı
Urmiya komandası İran Voleybol Premyer Liqasında daha üç xal qazandı
Azərbaycan və Türkiyə XİN rəhbərləri görüşüb
Küveyt İran səfirini Xarici İşlər Nazirliyinə çağırdı
İranda daha 9 məhbus edam edildi
Ceyhun Bayramov Ankarada TDT XİN Şurasının iclasında iştirak edib
İran edam və repressiyaları dərhal dayandırmalıdır- Hollandiya
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik ünvanlayıb
Rəsmi Seul Hörmüz boğazına hərbi qüvvə göndərməklə bağlı ABŞ-la danışıqlar aparır
Ceyhun Bayramov Türkiyəyə səfər edib
Qəzvinli fəal həbs edildi
Türkiyədə Cümhuriyyət Günü qeyd olunur
Tramp İranla müharibəni çox qısa müddətdə başa çatdırmaq niyyətindədir
İran polisi daha bir bəlucu öldürdü
İran məhkəməsi daha bir bəhaiyə ağır həbs cəzası verdi
İsrail və ABŞ razılaşıb: İrana genişmiqyaslı hücum bərpa ediləcək
Türkiyədə ABŞ İran arasında görüş keçirilməsi təklif edilib
İran Əmək Nazirliyinin rəsmisi ilin sonunadək 1 milyon 400 min iş yerinin itirilməsi təhlükəsi barədə xəbərdarlıq edib
Əmirhüseyn Ağayi Təbrizdə həbs edilib
Güneyli fəal Mehrdad Qaderi Təbriz həbsxanasına köçürülüb
İranda illik inflyasiya 76,8 faizə çatıb: ərzaq məhsullarında kəskin bahalaşma
Küveyt İran səfirini çağırıb
Ramil Həsən Cevdet Yılmazla Azərbaycan-Türkiyə münasibətlərini müzakirə edib
ABŞ İsrailə daha çox “Patriot” hava hücumundan müdafiə sistemi göndərir
Sabah Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqləyib
Allahşükür Paşazadə: Dindarlar hər zaman dövlətimizin yanındadırlar, xaricdən gələcək hər bir təxribata cavab verməyə hazırıq
Iranda daha altı məhbus edam edilib
İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
Sulduzlu sosial media fəalı müvəqqəti olaraq sərbəst buraxılıb
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
Tramp seçkilərdən sonra İrana zərbə endirilməsinin mümkün olduğunu bildirib
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
ABŞ İranın Amerika hərbi gəmilərinin Hörmüzdən çıxması barədə bəyanatını təkzib edib
CNN: ABŞ İrana genişmiqyaslı hərbi zərbələr endirməyə hazırlaşır
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
Ərdəbilli fəal həbs edilib
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
İraqlı etirazçılar: “İran, itlərini geri çək!” (Video)
“Rusiyanın Gürcüstana qarşı etdiklərinə qətiyyən bəraət qazandırmaq mümkün deyil. Bu ölkə Sarkozi planına uyğun olaraq öz qoşunlarını Gürcüstandan çıxarmalıdır”. Belə bəyanatla dünən Bakıda səfərdə olan ABŞ dövlət katibinin qlobal təhlükəsizlik məsələləri üzrə müavini Con Neqraponte çıxış etdi. Xəbər verildiyi kimi, Neqraponte Bakıya oktyabrın 1-də gəlib. Həmin gün o, Bakıda Qərb enerji şirkətlərinin rəhbərləri ilə görüşlər keçirib, Səngəçal neft terminalında olub. Dünən isə yüksək rütbəli diplomat prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla danışıqlar aparıb. Qeyd edək ki, Neqraponte Dövlət Departamentində öz nüfuzuna və vəzifəsinə görə dövlət katibi Kondoliza Raysdan sonra ikinci şəxs sayılır. Bundan əvvəl o, Milli Kəşfiyyat Agentliyinin direktoru və dövlət katibinin kütləvi qırğın silahlarına nəzarət üzrə müavini kimi mühüm vəzifələrdə işləyib. Neqraponte 30 ildən çoxdur Amerikanın xarici siyasət sistemində işləyir, o, keçmiş dövlət katibi Henri Kissincerin davamçısı sayılır və vaxtilə onunla birlikdə işləyib. Mətbuat nümayəndələri qarşısında siyasi bəyanatla çıxış edən diplomat bildirdi ki, o, Azərbaycana bu sadə mesajı çatdırmaq üçün gəlib: “ABŞ Azərbaycanla münasibətlərini dostluq ruhunda gücləndirməkdə maraqlıdır”. Neqraponte bildirdi ki, ötən ay Bakıda səfərdə olan vitse-prezident Dik Çeyninin bəyan etdiyi kimi, ABŞ Azərbaycanın və Cənubi Qafqazda ona qonşu ölkələrin təhlükəsizliyində dərindən maraqlıdır: “Biz vacib maraqları paylaşırıq və müxtəlif mühüm məsələlər üzrə sıx əməkdaşlıq edirik”. Diplomat bildirdi ki, ABŞ Azərbaycana hərbi sahədə NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramı da daxil olmaqla islahatlar aparmaqda kömək edəcək. Neqraponte daha sonra Azərbaycanla birgə həyata keçirilən enerji layihələri və bunların Avropanın enerji təhlükəsizliyindəki rolu haqda danışdı. O, bildirdi ki, Azərbaycanla ABŞ arasında Bakı-Tiflis-Ceyhan, Cənubi Qafqaz qaz kəməri kimi layihələrlə başlayan əməkdaşlıq “Nabukko” layihəsi ilə daha da dərinləşəcək. Neqraponte daha sonra səfərinin Azərbaycanda prezident seçkilərinə iki həftə qalmış bir vaxta təsadüf etdiyini xatırlatdı. O, qeyd etdi ki, ABŞ Azərbaycan hökumətinin azad və ədalətli seçkilər keçirməyə dair üzərinə götürdüyü öhdəlikləri tanıyır. “15 oktyabr Azərbaycan üçün mühüm imkan yaradır. Bu, Azərbaycan cəmiyyəti və beynəlxalq ictimaiyyət tərəfindən azad, ədalətli və şəffaf seçkilərin keçirilməsinə nail olmaq imkanıdır” - deyə Neqraponte bildirdi. Diplomat daha sonra Gürcüstan ətrafında yaranmış vəziyyətə toxunaraq bildirdi ki, cəmi iki ay əvvəl Qafqaz regionunda mövcud olan münaqişələr dondurulmuş hesab olunurdu: “Rusiyanın Gürcüstana etdiyi hərbi müdaxilə bağışlana bilməz. Biz Rusiyanı prezident Sarkozinin vasitəçiliyi ilə əldə olunan atəşkəsə tam riayət etməyə çağırırıq. ABŞ və onun Avropadakı müttəfiqləri Gürcüstanın, habelə onun qonşuları Azərbaycan və Ermənistanın ərazi bütövlüyünü tanıdığını bir daha bəyan edir. Məhz bu şəraitdə Birləşmiş Ştatlar Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yoluyla həllini həmişəkindən daha çox istəyir. Minsk Qrupunun həmsədrlərindən biri olan Birləşmiş Ştatlar illər boyu bu münaqişənin həllinə yardım etmək üçün çalışıb. Biz ərazi bütövlüyü prinsipini əsas tutan və digər beynəlxalq prinsipləri nəzərə alan həll variantının əldə olunmasının tərəfdarıyıq. Bu münaqişənin həll olunması bölgədə sülhün və sabitliyin, həmçinin Azərbaycanın təhlükəsizliyinin güclənməsinə gətirib çıxaracaq.” Rusiyanın Gürcüstana qarşı etdiklərini nə zamansa Azərbaycana və ya Ukraynaya qarşı təkrarlayacağı halda ABŞ-ın buna reaksiyasının necə olacağı haqda suala cavb verərkən Neqraponte ölkəsinin öz tərəfdaşlarını qorumaq üçün hansı mexanizmlərə əl ata biləcəyi haqda açıq danışmadı. Lakin o, bildirdi ki, ABŞ və onun Avropadakı müttəfiqləri Rusiyanın təcavüzünə məruz qalan Gürcüstanın yanındadır, ona dəstəyi davam etdirir: “Biz beynəlxalq ictimaiyyətin birgə səyləri ilə Rusiyanın bu hərəkətlərinin yolverilməz olduğunu çatdırmağa çalışırıq. Hesab edirəm ki, bizim birgə səylərimiz nəticəsində Rusiya bir daha bu cür addım atmazdan əvvəl yaxşı-yaxşı fikirləşmək məcburiyyətində qalacaq.” Dövlət katibinin müavini Azərbaycanda üç jurnalistin həbsdə olduğu bir vaxtda demokratik seçkilərin necə mümkün ola biləcəyi haqda suala da ümumi ifadələrlə cavab verdi, hətta o, Azərbaycanın son 17 ildə demokratiya sahəsində əldə etdiyi nailiyyətləri qabartmağa çalışdı. Diplomat hesab edir ki, 17 il əvvələdək kommunist rejimi tərəfindən idarə edilən ölkə kimi Azərbaycan indi demokratiya sahəsində mühüm nailiyyətlər əldə edib, son 2 ildə isə ölkədə nəzərəçarpacaq iqtisadi inkişaf baş verib: “Əlbəttə, problemlər də var və bunlardan biri də sizin xatırlatdığınız məsələdir. ABŞ insan haqları problemləri ilə bağlı Azərbaycan hakimiyyəti ilə dialoq aparır və bu məsələlər haqda həmin dialoq zamanı danışılır. Həmin problemlərin seçkilərə təsirinə gəldikdə isə əlbəttə ki, müəyyən təsir ola bilər.” Yenidən təhlükəsizlik məsələlərinə qayıdan C.Neqraponte ABŞ-ın Azərbaycanla təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək istədiyini bildirdi. O, qeyd etdi ki, Bakıda apardığı danışıqlar zamanı Azərbaycanın Əfqanıstandakı əməliyyatlarda iştirakı haqda geniş danışılıb, hətta bu iştirakın genişləndirilməsi haqda söhbət gedib: “Biz Azərbaycanla təhlükəsizlik sahəsində digər formalarda da əməkdaşlıq etməyə hazırıq”. Diplomat onu da qeyd etdi ki, ABŞ Türkiyənin Qafqazdakı problemlərin həlli istiqamətində göstərdiyi səyləri dəstəkləyir. Onun sözlərinə görə, əgər Qarabağ münaqişəsi həll olunsa, Azərbaycan və Ermənistan öz potensialından tam istifadə etmək imkanları qazanacaq. Qeyd edək ki, Neqraponteni dövlət katibinin köməkçisi, Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza da müşayiət edirdi. Brayza ötən ayın sonlarında Qarabağ məsələsi ilə bağlı danışıqlar aparmaq üçün Bakıda və İrəvanda olub. Brayzanın yenidən Bakıya dönməsi yüksək səviyyəli Amerika rəsmisinin Qarabağ məsələsinə dair hansısa konkret təklif və ya ideya ilə gəldiyini təxmin etməyə əsas verə bilər. Neqrapontenin Bakını bu gün tərk edəcəyi gözlənilir, lakin onun sonrakı səfər marşrutu haqda məlumat verilmir. Fərhad MƏMMƏDOV musavat
Küveyt İran səfirini Xarici İşlər Nazirliyinə çağırdı
İran edam və repressiyaları dərhal dayandırmalıdır- Hollandiya
Türkiyədə Cümhuriyyət Günü qeyd olunur
İran polisi daha bir bəlucu öldürdü
İsrail və ABŞ razılaşıb: İrana genişmiqyaslı hücum bərpa ediləcək
Türkiyədə ABŞ İran arasında görüş keçirilməsi təklif edilib
Iranda daha altı məhbus edam edilib
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Ocanda əfqanistanlılar həbs edilib
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər
Iranda daha altı məhbus edam edilib
Reuters: Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır, İrandan on milyonlarla dollar alıb
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
İran agentlərinin ABŞ ərazisində olması ehtimalı yüksəkdir- New York Times
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
Urmiya gölünün son vəziyyəti açıqlandı
Rusiyalı nüvə alimləri İrandan təxliyə edilib?
İranda daxili təyyarə biletləri 45 faiz bahalaşıb