SON XƏBƏRLƏR

SERJ SƏRKİSYAN: «ERMƏNİSTANIN ŞƏHƏR və KƏNDLƏRİNİ «MÜHARİBƏ BİTİBMİ» SUALIYLA DOLAŞSAQ, ADAMLAR DEYƏCƏKLƏR Kİ...»

2021.10.20, 07:36
SERJ SƏRKİSYAN: «ERMƏNİSTANIN ŞƏHƏR və KƏNDLƏRİNİ «MÜHARİBƏ BİTİBMİ» SUALIYLA DOLAŞSAQ, ADAMLAR DEYƏCƏKLƏR Kİ...»

Gunaz.tv
SERJ SƏRKİSYAN: «ERMƏNİSTANIN ŞƏHƏR və KƏNDLƏRİNİ «MÜHARİBƏ BİTİBMİ» SUALIYLA DOLAŞSAQ, ADAMLAR DEYƏCƏKLƏR Kİ...» th110133899.jpg Serj Sərkisyan Oktyabrın 2-də Ermənistan Milli Məclisində parlamentə və xalqa müraciətlə çıxış edən prezident Serj Sərkisyan Dağlıq Qarabağ münaqişəsinə də toxunub: «Ermənistanın şəhər və kəndlərini «Müharibə bitibmi» sualıyla dolaşsaq, adamlar deyəcəklər ki, sürətlə silahlanma başa çatmayınca, hamı Azərbaycan və Dağlıq Qarabağ prezidentlərini münaqişənin sülh yoluyla həllinə yönəlik cəsarətli qərar münasibətilə təbrik etməyincə davanı başa çatmış saymaq olmaz». Azərbaycanla münaqişə mövzusunu davam etdirən prezident sabit və sıx birləşmiş Ermənistanın neft dollarlarına alternativ olacağını vurğulayıb: «Dünyada 10 milyona yaxın erməni yaşayır. Deməli, Ermənistanın 10 milyon səfiri olmalıdır. İndiki informasiya müharibələri şəraitində bu amil neft dollarları qarşısında bizim yeganə silahımızdır». «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar