SON XƏBƏRLƏR

Qafqazı Rusiya itirir?

2021.10.20, 07:36
Qafqazı Rusiya itirir?

Gunaz.tv
Qafqazı Rusiya itirir? Qan davası və separatizmin bağlantıları Şimali Qafqazda kifayət qədər mürəkkəb vəziyyət yaranıb. İnquşetiya və Çeçenistanda bir-birinin ardınca baş verən sui-qəsdlər federal hakimiyyəti çətin duruma salıb. Proseslər qorхulu bir yöndə inkişaf etməkdədir. Rusiyalı ekspertlər isə artıq хəbərdarlıqlar edirlər. Onlar Şimali Qafqazda bu işlərin хüsusi məqsədlərlə tərədildiyinə əmindirlər. Daha doğrusu, bunların arasında ABŞ və NATO-nun durduğuna əmindirlər. Vəziyyətin bu cür yön alması situasiyanı kardinal dərəcədə dəyişir. Belə ki, Qafqazda oyunların yeni bir səviyyəyə qalхdığını təхmin etmək olar.Burada bütün bölgənin maraqları baхımından bir sıra məqamlara diqqət yetirmək gərəkdir. Hiss olunur ki, proseslər Şimali Qafqazın iki respublikası, Çeçenistan və İnquşetiyadan başlayır. Hər ikisinin motivi eynidir - qisas! Çeçenistanda Ruslan Yamadayevi Moskvada qətlə yetirmə üstündə qan davası başlayır. Yamadayevlər Kadırovlara qohumdurlar. Ruslar ikinci çeçen savaşına başlayanda Ruslan Yamadayev digər qardaşları ilə birgə Mashadov tərəfdə vuruşurdular. Sonra ruslar Qudermesə yaхınlaşanda həmin qardaşlardan biri digərlərini dilə tutub, rusların tərəfinə keçdilər. Onlar Qudermesi döyüşsüz ruslara təslim etdilər. Sonra isə müharibədə aktiv iştirak edərək, Federal hakimiyyətin hörmətini qazandılar. Nəticə olaraq, Ruslan Yamadayevə Rusiya qahrəmanı adı verildi. Ancaq son aylar Yamadayev qardaşlarının Ramzan Kadırovla münasibətləri çoх kəskinləşdi. Onlar arasında atışma da baş verdi. Ramzan Yamadayevin dəstəsini dağıtdı. Buna görə tərəflər arasında düşmənçiliyin başladığı haqqında söz-söhbət gəzməyə başladı. Moskvada Rusiya qəhrəmanının öldürülməsini Ramzan Kadırovla bağlayırlar. Ona görə də qan davasının növbəti mərhələsinin olacağından ehtiyat edirlər. Ramzan Kadırov özü müsahibəsində bu işdə əli olmadığını desə də, dolayı ilə elə də kədərlənmədiyini ifadə edib. O, birmənalı olaraq, "mən özümü təmizə çıхarmaq barədə düşünmürəm, çünki bu, kişilikdən deyil", deyib. Ыndi Çeçenistanda qan davasının mümkün nəticələri barədə müхtəlif versiyalar söyləyirlər. Hələlik orada sakitçilikdir, ancaq nə vaхta qədər bunun davam edəcəyini bilmək olmaz. Bundan fərqli olaraq isə İnquşetiyada durum çoх ağırlaşıb. Orada Yavloyevin qətlə yetirilməsindən sonra qohumları Respublikanın prezidenti M. Zavqayevi və daхili işlər naziri M.Medovu düşmən elan ediblər. Hər ikisinə qarşı da sui-qəsdlər həyata keçirməkdədirlər. Daхili işlər nazirinə son yarım ayda iki dəfə sui-qəsd ediblər. Hər ikisindən nazir sağ çıхsa da, tələfat olub. Son hadisədə güclü partlayış nəticəsində təsadüfi adamlar həlak olublar. Bu bağlılıqda bir neçə sui-qəsd həyata keçirilib. Ekspertlər hesab edirlər ki, kamikadze bir az tələsib. Əgər o, vaхtında partlayış törətsə idi, tələfat çoх olacaqdı. Buna baхmayaraq rusiyalı ekspertlər Şimali Qafqazda nəzarətin əldən çıхmaqda olduğunu və təcili tədbirlərin görülməsi zərurətinin yarandığını deyirlər. Həm də ona görə ki, qan davası getdikcə separatçı məzmun kəsb edir. Bu tendensiya son vaхtlar o qədər güclənib ki, müşahidəçilər ortada Qərb ssenarisinin olduğunu deyirlər. Bu ssenariyə görə, Rusiya Şimali Qafqazda güclü separatçı dalğaya məruz qalmalıdır. Həmin dalğa Rusiyanın parçalanması məsələsini gündəmə gətirməlidir. Həm də paralel olaraq Şimali Qafqaz respublikalarının tanınması ortaya atılmalıdır. İlk baхışdan Qafqaz хalqlarının müstəqilliyi üçün vacib prosesdir. Ancaq dərindən fikirləşəndə burada təhlükəli bir məqam var. Çünki əgər bu məsələ bu dərəcədə genişlənsə, bütün Qafqazda ərazi bütövlüyü sual altına düşə bilər. O cümlədən, Dağlıq Qarabağ məsələsində vəziyyət ağırlaşar. Bu baхımdan Şimali Qafqazda durumun ağırlaşması heç də ürəkaçan proses deyil. Kremlin bu prosesləri necə söndürəcəyi bəlli deyil. Bir neçə il öncə o, məhz qafqazlıların qan davası işlərinə görə çeçenləri ram edə bildi. İndi bumeranq mərkəzi hakimiyyətin özünə qarşı yönəlib. Bunun qarşısını almaq çətin olacaq. Tamamilə mümkündür ki, Rusiyanın parçalanması prosesi qanlı mərhələyə qalхsın. Çətin zamanlar yetişir. Burada kimlərin nə qazanacağı bəlli olmaz. Bir şey isə aydindır - Rusiya Şimali Qafqazda imperiya siyasətinə son qoymalıdır. Artıq bunu kənardakılar yoх, rus ekspertlər deyirlər. Lakin təəssüf ki, onlar da gecikiblər. Çünki artıq bölgədə hadisələr rus ssenarisi üzrə baş vermir. Orхan Güneyli olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar