SON XƏBƏRLƏR

Şeyx Xəlifənin xülyası . Bəhreyn Yaxın Şərq bloku yaratmağı təklif edir

2021.10.20, 07:36
Şeyx Xəlifənin xülyası . Bəhreyn Yaxın Şərq bloku yaratmağı təklif edir

Gunaz.tv
Şeyx Xəlifənin xülyası Bəhreyn Yaxın Şərq bloku yaratmağı təklif edir Bəhreynin XİN başçısı şeyx Xalid bin Əhməd əl Xəlifə Yaxın Şərq ölkələrinin regional blokunu yaratmağı təklif edib. Həmin quruma ərəb ölkələrindən savayı İsrail, Türkiyə və İranın da üzv olması nəzərdə tutulur. "Belə birliyin yaradılması bölgədə çoxsaylı münaqişələri dinc yolla tənzimləməyin yeganə yoludur. Nə indi, nə də 200 il sonra başqa yol olacaq", - şeyx Xəlifə bildirib. Bəhreynin özü İsraillə qeyri-rəsmi əlaqələr saxlasa da, bu dövlətlə rəsmi diplomatik əlaqələrə malik deyil. Ərəb Liqasına daxil olan 22 dövlət arasında yalnız Misir, İordaniya və Mavritaniyanın İsraillə diplomatik münasibətləri var. Yerdə qalan ərəb dövlətləri isə İsrail Suriya və Fələstin Muxtariyyəti ilə sülh müqaviləsi imzalamayınca, bu ölkə ilə əlaqələr qurmaqdan imtina edirlər. Bəhreynin XİN başçısının təklifinin reallaşmasının çətinləşdirən digər problem isə bölgənin ərəb ölkələri ilə İran arasıdakı çox mürəkkəb münasibətlərdir. Səudiyyə Ərəbistanı İranı ərəb aləmi və Yaxın Şərqdə nüfuz dairəsinin genişlənməsinə birbaşa təhlükə sayır. Sünni ərəblər Tehranı həm də Yaxın Şərqdə İran, İraq və Livandan ibarət "şiə kəməri" yaratmaq cəhdlərində günahlandırırlar. Ərəb ölkələri arasında İranın yeganə müttəfiqi Suriyadır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar