SON XƏBƏRLƏR

iran DAXİLİ İŞLƏR NAZİRİ PREZİDENTƏ MƏKTUB YAZARAQ FƏXRİ DOKTOLUQ DƏRƏCƏSİNİN SAXTA OLDUĞUNU ETİRAF EDİB

2021.10.20, 07:36
iran DAXİLİ İŞLƏR NAZİRİ PREZİDENTƏ MƏKTUB YAZARAQ FƏXRİ DOKTOLUQ DƏRƏCƏSİNİN SAXTA OLDUĞUNU ETİRAF EDİB

Gunaz.tv
DAXİLİ İŞLƏR NAZİRİ PREZİDENTƏ MƏKTUB YAZARAQ FƏXRİ DOKTOLUQ DƏRƏCƏSİNİN SAXTA OLDUĞUNU ETİRAF EDİB elikurdan_etirafedib1.jpg Əli Kürdan İranın daxili işlər naziri Əli Kürdan ölkə prezidenti Mahmud Əhmədinejada məktub yazaraq özünün fəxri doktorluq elmi dərəcəsinin saxta olduğunu etiraf edib. «Media forum» saytının məlumatına görə, prezidentə müraciətində daxili işlər naziri bildirib ki, o, səkkiz il əvvəl özünü Oksford Universitetinin nümayəndəsi kimi təqdim edən bir şəxs vasitəsilə həmin universitetə məqalə göndərib və bu məqaləyə görə ona fəxri doktorluq dərəcəsinin verildiyi barədə sənəd alıb. Nazir bu müddət ərzində sənədin saxta olmasından tam xəbərsiz qaldığını iddia edir. Ə.Kürdan özünü Oksford Universitetinin nümayəndəsi kimi təqdim etmiş şəxsdən məhkəməyə şikayət edəcəyini də yazıb. Ə.Kürdanın fəxri doktorluq dərəcəsinin saxta olduğu haqda ilk xəbəri bir ay əvvəl İran hakimiyyətinə yaxın saytlardan biri yaymışdı. Bundan sonra saytın fəaliyyəti dayandırılsa da, məsələyə ciddi yanaşan İran parlamentinin deputatları Ə.Kürdanı dəfələrlə parlamentə çağıraraq sorğu-suala tutmuş, ondan fəxri doktorluq dərəcəsini hardan aldığı haqda izahat istəmişdilər. Get-gedə qızışan mübahisələrin ardınca İran parlamentinin təlim və tədqiqat komissiyasının sədri Əli Abbaspur jurnalistlərə açıqlamasında Ə.Kürdanın doktorluq dərəcəsinin olmadığını vurğulamışdı. Kürdan fəxri doktorluq dərəcəsini Oksford Universitetindən aldığını bildirmiş, ancaq az sonra bu təhsil ocağı onun dediklərini təkzib etmişdi. Bütün bu qalmaqallar bir qrup deputatın Kürdana könüllü olaraq istefaya getməyi təklif etməsi ilə də nəticələnib. Ə.Kürdan daxili işlər naziri vəzifəsinə bu ilin yayında təyin olunub. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar