SON XƏBƏRLƏR

AŞPA Kiprin Yunan icmasına xəbərdarlıq edib

2021.10.20, 07:36
AŞPA Kiprin Yunan icmasına xəbərdarlıq edib

Gunaz.tv
AŞPA Kiprin Yunan icmasına xəbərdarlıq edib AŞPA -nın bu gün qəbul etdiyi qanun layihəsındə Kiprin Yunan icmasına xəbərdarlıq edilib. Bu barədə CNNTURK məlumat verib. Qanun layihəsində Kiprin Yunan icmasından tələb olunub ki, Kipr türklərinin dəniz limanlarından Aİ ölkələri ilə birbaşa ticarətə maneələr törədilməsinə son qoyulsun. Layihə iyirmi səsə qarşı doxsan doqquz səslə qəbul edilib. ------------------------------------------------------------------ Rusiyanın kəşfiyyat təyyarəsi Gürcüstanın kəndinə düşüb Çərşənbə axşamı saat 17.00 - da Rusiyanın kəşfiyyat təyyarəsi yerə düşüb, Gürcüstanın Odzisi kəndi yaxınlığında Gürcüstan DİN- in rəsmi nümayəndəsi Şota Utiaşvili çərşənbə günü brifinqdə bildirib. Onun sözlərinə görə, kəşfiyyat təyyarəsi texniki nasazlıqla əlaqədar düşüb. їBu, fotoaparatla təchiz edilmiş, gürcü polisinin münaqişə zonasındakı postlarını çəkən əldə yığılma təyyarədirї, - Utiaşvili qeyd edib. Onun sözlərinə görə, təyyarə Rusiya qoşunlarının işğal etdikləri ərazidən gürcü tərəfinin nəzarət etdiyi əraziyə daxil olub. Ötən həftə gürcü polisləri Rusiyanın daha bir kəşfiyyat təyyarəsini vurublar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar