SON XƏBƏRLƏR

İranın nüvə başlığı daşımağa qadir olan raket istehsalına çalışdığı irəli sürülür

2021.10.20, 07:36
İranın nüvə başlığı daşımağa qadir olan raket istehsalına çalışdığı irəli sürülür

Gunaz.tv
İranın nüvə başlığı daşımağa qadir olan raket istehsalına çalışdığı irəli sürülür ap_iran_rocket_launch_04feb08_210.jpg Beynəlxalq Atom Enerjisi Agentliyi İranın bu fəaliyyətlərini nümayiş etdirən şəkillər və sənədlərdən ibarət faktları qurumun idarə heyətinin üzvlərinə təqdim edib. Butovaz- “Jerusalem Post” qəzetinin Beynəlxalq Atom Enerjisi Agentliyindəki diplomatik mənbələrə istinadən bildirdiyinə görə, İran höküməti nüvə başlıqları daşıya bilməsi məqsədi ilə orta mənzilli “Şəhab 3” raketləri üzərində dəyişikliklər etməyə çalışıb. Mənbənin məlumatına görə, Beynəlxalq Atom Enerjisi Agentliyi İranın bu fəaliyyətlərini nümayiş etdirən şəkillər və sənədlərdən ibarət faktları qurumun idarə heyətinin üzvlərinə təqdim edib. ABŞ-ın Beynəlxalq Atom Enerjisi Agentliyindəki səfiri Grigori Şolti təqdim edilən sənədlər və faktların etibarlılığını təsdiq etsə də, İranın Atom Agentliyindəki nümayəndəsi, Əliəsgər Sultaniyə bu qurumun irəli sürdüyü bütün dəlillər və sənədləri saxta adlandırıb. O, Atom Agentliyini “yalan nüvə silahı iddiaları” üzrə araşdırmaların dayandırılmasına çağırıb. Qərb İranın nüvə silahı əldə etməyə çalışmasından ehtiyatlanır, İran isə bütün fəaliyyətlərinin dinc məqsədli olduğunu bəyan edir."voa"

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar