SON XƏBƏRLƏR

ƏFQANISTANDA AZƏRBAYCANLI SÜLMƏRAMLILARIN SAYI ARTIRILDI. QƏRARIN ƏLEYHİNƏ YALNIZ BİR DEPUTAT SƏS VERİB

2021.10.20, 07:36
ƏFQANISTANDA AZƏRBAYCANLI SÜLMƏRAMLILARIN SAYI ARTIRILDI. QƏRARIN ƏLEYHİNƏ YALNIZ BİR DEPUTAT SƏS VERİB

Gunaz.tv
ƏFQANISTANDA AZƏRBAYCANLI SÜLMƏRAMLILARIN SAYI ARTIRILDI. QƏRARIN ƏLEYHİNƏ YALNIZ BİR DEPUTAT SƏS VERİB Bu gün Milli Məclis Azərbaycanın Əfqanıstandakı sülhməramlılarının sayının iki dəfə - 45 nəfərdən 90 nəfərədək artırılması haqda qanun layihəsini qəbul edib. «Media forum» saytının məlumatına görə, 95 deputat layihənin lehinə, bir nəfər əleyhinə səs verib. Bir nəfər bitərəf qalıb. Layihənin əleyhinə çıxan deputat Pənah Hüseyn fikrini belə əsaslandırıb ki, Əfqanıstanda aparılan antiterror siyasətinin həqiqi məqsədi məlum deyil: «Hər bir təşkilat terrorla mübarizəni dəstəkləyir. Azərbaycan da qlobal terrorizmlə mübarizəyə öz töhfəsini verməlidir. Lakin Əfqanıstanda aparılan antiterror mübarizəsinin əsl məqsədi bəlli deyi. Həm dinc sakinlərdən, həm sülhməramlılardan öldürülənlər var». Azərbaycanın milli və dövlət maraqlarının olduğunu xatırladan P.Hüseynin fikrincə, beynəlxalq güc mərkəzləri ilə, eyni zamanda Avroatlantik strukturlarla əməkdaşlıq lazımdır: «Lakin Əfqanıstanda antiterror mübarizəsinin məqsədinin bəlli olmadığı halda Azərbaycan sülhməramlılarının sayının artırılması düzgün hesab etmirəm». P.Hüseynin sözlərinə görə, Azərbaycan xalqı da Əfqanıstana sülhməramlıların göndərilməsini birmənalı qarşılamır. Deputat hökumət rəsmilərinin bu mövqeyi ABŞ və NATO rəsmilərinə çatdırmasını vacib sayır. Milli Məclisin sədri Oqtay Əsədov vurğulayıb Ki, hərbi məsələlərdə Azərbaycan öz milli maraqlarını üstün tutur. Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov deyib ki, sülhməramlıların tərkibində olmaq Azərbaycan əsgərlərinin təcrübəsini artırır. Hazırda Azərbaycanın Əfqanıstandan başqa İraqda da sülhməramlıları xidmət göstərir. Onların sayı 150 nəfrdir. Azərbaycan sülhməramlı qüvvələrinin 34 nəfəri Kosovoda da xidmət göstərirdi. Lakin Kosovo birtərəfli qaydada müstəqilliyini elan etdikdən sonra mart ayında Azərbaycan parlamenti sülhməramlı qüvvələrin bu ərazidən çıxarılması haqda qərar qəbul edib. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar