Financial Times: İranın yenidənqurma üçün pulu yoxdur
CENTCOM: Hörmüzdə mina iddiaları yalandır
Milli Məclis Azərbaycan ilə Özbəkistan arasında əbədi dostluq haqqında Müqaviləni ratifikasiya edəcək
İranda daha üç iaşə obyekti bağlandı
Urmiya komandası İran Voleybol Premyer Liqasında daha üç xal qazandı
Azərbaycan və Türkiyə XİN rəhbərləri görüşüb
Küveyt İran səfirini Xarici İşlər Nazirliyinə çağırdı
İranda daha 9 məhbus edam edildi
Ceyhun Bayramov Ankarada TDT XİN Şurasının iclasında iştirak edib
İran edam və repressiyaları dərhal dayandırmalıdır- Hollandiya
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik ünvanlayıb
Rəsmi Seul Hörmüz boğazına hərbi qüvvə göndərməklə bağlı ABŞ-la danışıqlar aparır
Ceyhun Bayramov Türkiyəyə səfər edib
Qəzvinli fəal həbs edildi
Türkiyədə Cümhuriyyət Günü qeyd olunur
Tramp İranla müharibəni çox qısa müddətdə başa çatdırmaq niyyətindədir
İran polisi daha bir bəlucu öldürdü
İran məhkəməsi daha bir bəhaiyə ağır həbs cəzası verdi
İsrail və ABŞ razılaşıb: İrana genişmiqyaslı hücum bərpa ediləcək
Türkiyədə ABŞ İran arasında görüş keçirilməsi təklif edilib
İran Əmək Nazirliyinin rəsmisi ilin sonunadək 1 milyon 400 min iş yerinin itirilməsi təhlükəsi barədə xəbərdarlıq edib
Əmirhüseyn Ağayi Təbrizdə həbs edilib
Güneyli fəal Mehrdad Qaderi Təbriz həbsxanasına köçürülüb
İranda illik inflyasiya 76,8 faizə çatıb: ərzaq məhsullarında kəskin bahalaşma
Küveyt İran səfirini çağırıb
Ramil Həsən Cevdet Yılmazla Azərbaycan-Türkiyə münasibətlərini müzakirə edib
ABŞ İsrailə daha çox “Patriot” hava hücumundan müdafiə sistemi göndərir
Sabah Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqləyib
Allahşükür Paşazadə: Dindarlar hər zaman dövlətimizin yanındadırlar, xaricdən gələcək hər bir təxribata cavab verməyə hazırıq
Iranda daha altı məhbus edam edilib
İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
Sulduzlu sosial media fəalı müvəqqəti olaraq sərbəst buraxılıb
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
Tramp seçkilərdən sonra İrana zərbə endirilməsinin mümkün olduğunu bildirib
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
ABŞ İranın Amerika hərbi gəmilərinin Hörmüzdən çıxması barədə bəyanatını təkzib edib
CNN: ABŞ İrana genişmiqyaslı hərbi zərbələr endirməyə hazırlaşır
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
Ərdəbilli fəal həbs edilib
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
İraqlı etirazçılar: “İran, itlərini geri çək!” (Video)
Bakıda Almaniyanın Fridrix Ebert Fondu, ABŞ-ın Açıq Cəmiyyət institutunun dəstəyi ilə Azərbaycan Avrointeqrasiya üzrə Milli İctimai Komitəsi “Rusiya-Gürcüstan müharibəsi və onun regional əməkdaşlıq, təhlükəsizlik, humanitar sahələrə təsiri” mövzusunda beynəlxalq konfrans keçirib. Konfransda Azərbaycandan, Gürcüstandan, Rusiyadan və ABŞ-dan olan politoloqlar iştirak edir. Konfrans çərçivəsində müharibədən sonra ilk dəfə olaraq Gürcüstan və Rusiya politoloqları arasında dialoq keçirilib. Almaniyanın Azərbaycandakı səfiri Per Kristofer Stançina bildirib ki, Rusiya-Gürcüstan müharibəsi böyük münaqişədir. “Bu, əslində Cənubi Qafqaz regionuna qarşı hərbi fəaliyyətdir. Bəziləri Cənubi Qafqazdakı münaqişələri dondurulmuş münaqişə adlandırır. Ancaq burada dondurulmuş münaqişə yoxdur. Çünki hər gün atəş var, adamlar öldürülür. Bəlkə də Ermənistan-Azərbaycan münaqişəsi də Rusiya-Azərbaycan münaqişəsidir. Cənubi Qafqazdakı münaqişələrin göstərici effekti var. Biz avqustda nə görürdük, indi nə görürük. Hesab edirəm ki, dövlətlər səylərini münaqişələrin həlli üçün birləşdirməli, regional əməkdaşlıq inkişaf etdirilməlidir. Bu səbəbdən də, regional əməkdaşlıq konsepsiyası işlənib hazırlanmalıdır”. Cənab Stançinanın fikrincə, münaqişələrin hərbi həll yolu yoxdur. O, auditoriyaya maraqlı suallarla müraciət edib. “Cənubi Qafqazda təhlükəsizliyə Rusiya, yoxsa qərb cavabdehdir? Rusiya sərhədləri dəyişmək yolu ilə münaqişəni həll etdi, yoxsa qızışdırdı? Bundan sonra Qafqaz Rusiyanın nəzarətində qaldı? Əksinə, böhran daha da dərinləşdi. Rusiya özünü qeyri-səmimi aparırsa, qərb də öz təhlükəsizliyini təmin edəcək. Son raket sazişləri buna bir misaldır”. Səfir hesab edir ki, Rusiya Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımaqla da beynəlxalq hüququ pozub. “Doğrudur beynəlxalq hüquqda xalqların müqəddəratını təmin etmə hüququ var. Ancaq Abxaziya və Cənubi Osetiyada müstəqillik üçüncü dövlətin hərbi müdaxiləsi ilə həyata keçirilib. Bu isə beynəlxalq hüquqda qəbuledilməzdir”. O eyni zamanda Gürcüstandakı humanitar problemləri, yüz minlərlə insanın evsiz qaldığını önə çəkib. “Qarşıdan qış gəlir. Bu insanlar üçün ev tikilməlidir”. Politoloq Leyla Əliyeva hesab edir ki, Rusiya-Gürcüstan müharibəsi Rusiyanın beynəlxalq partnyorlarla əlaqələrinin qeyri-səmimiliyinin sübutudur. “Müharibə həm də regionun qərbə inteqrasiyasına, investisiyaların cəlbinə və region dövlətlərinin Rusiya ilə əməkdaşlığının perspektivlərinə ciddi zərbədir. Rusiyanın daxilində də iqtisadi və siyasi problemlər yaradacaq”. Regional Təhlükəsizlik üzrə Cənubi Qafqaz İnstitutunun təmsilçisi, politoloq Aleksandr Rusetski hesab edir ki, beynəlxalq aləm Qafqazdakı münaqişələrə milli-etnik münaqişə kimi baxırdı və bu səbəbdən də münaqişələrin həllinə real təşəbbüslər göstərmirdi. “Bu münaqişələr dondurulmuş münaqişələr də deyil. Münaqişələrdə təkcə iki tərəf də iştirak etmir. Rusiya-Gürcüstan müharibəsi sübut etdi ki, bu münaqişələrdə dövlətlər, xalqlarla yanaşı, qeyri-rəsmi hərbi birləşmələr, terror təşkilatları da iştirakçıdır. Çünki Rusiya-Gürcüstan müharibəsindən öncə PKK terror təşkilatı Türkiyə ərazisində Bakı-Tbilisi-Ceyhan boru kəmərində partlayış törətdi”. Rusiyalı politoloq Maksim Şevçenko bildirib ki, müharibəyə qərbin yanaşması düzgün deyil. Çünki Gürcüstan ilk olaraq Rusiya sülməramlılarına silahlı hücum edib. Onları qətlə yetirib və Rusiya adekvat cavab verib. Politoloq hesab edir ki, Qafqazdakı problemlərə qarışmaqla böyük güclər öz oyununu oynamağa başlayıb. “Bu oyunların qurbanları isə xalqlardır, o cümlədən, ruslar. Çünki şimali Qafqaz Rusiyanın yurisdiksiyasındadır, Cənubi Qafqaz isə daim Rusiya ilə əlaqədə olan bölgədir. Qafqazda aparılan siyasət isə qeyri-stabillik, müharibə, insanların, o cümlədən, rusların qətli siyasətidir”. Cənab Şevçenko həmçinin qərb və ABŞ-ın son illər apardığı siyasəti tənqid edib. Onun sözlərinə görə, bu siyasət nəticəsində Balkanlarda, Əfqanıstanda və İraqda yüz minlərlə insan qətlə yetirilib. “Rusiyanın isə heç bir dövlətə qarşı ərazi iddiası yoxdur, o cümlədən də, Cənubi Qafqazda və Orta Asiyada. Ancaq Rusiya sərhədlərində, onu hədələyən bazaların yaradılması ilə razılaşmayacaq. Bizim sərhədlər heç zaman başqasının hərbi bazasına çevrilə bilməz. Rusiya regionda Türkiyənin rolunu daha yüksək qiymətləndirir, nəinki klassik qərbin. Çünki Türkiyə regionun ən yaxşı oyunçusudur”. Onun fikrincə, Azərbaycan Rusiya-Gürcüstan münaqişənin həllində vasitəçi ola bilər.“Çünki MDB məkanında Azərbaycan ən sülhsevər ölkədier. Burada heç zaman başqa xalqların, o cümlədən rusların köçürülməsinə səbəb olan hərəkətlərə baş vurulmayıb”. Politoloq Rasim Musabəyov Rusiyanın Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımasının problemin həlli olmadığını düşünür. O, Türkiyənin 30 il öncə Şimali Kiprin müstəqilliyini tanıdığını, ancaq problemin hələ də həllini tapmadığını, Rusiyanın 30 il Almaniya Demokratik Respublikasını tanımasına baxmayaraq Almaniyanın birləşməsini nümunə göstərib. Polotoloq Azərbaycanın Gürcüstanı dəstəklədiyini bildirib. “Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir, müharibə qurbanlarına humanitar yardım göstərir. Azərbaycanın mövqeyi başa düşülən olmalıdır. Azərbaycan 18 ildir Ermənistanla müharibə vəziyyətindədir, ancaq Gürcüstan bir dəfə belə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi və işğalı tanıması ilə bağlı yüksək səviyyədə bəyanat verməyib. Eyni zamanda, Gürcüstan ərazisi vasitəsilə Ermənistana hərbi yüklərin daşınmasına icazə verib”. Politoloq Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında ATƏT-in Minsk Qrupunun iflic vəziyyətə düşdüyünü də qeyd edib. “Artıq həmsədrlər regiona tək-tək gəlir. Rusiyalı həmsədrdən isə hələ xəbər yoxdur”. Politoloq Zərdüşt Əlizadə Rusiyanın Sovet dönəminə qayıtdığını və münaqişələrin baş vermə səbəblərini qeyri-demokratik hakimiyyətlərdə axtarmağın vacibliyini önə cəkib. “Artıq Rusiya silahlanma dövrünə qayıdır. Amma Rusiyanın kimə qarşı silahlandığı bəlli deyil. Prezident Medvedyev silahların müasirləşdirilməsi barədə göstəriş verib. Bu isə Rusiyanın sosial-iqtisadi inkişafına qarşıdır”. Beynəlxalq Böhran Qrupunun təmsilçisi Lourens Şits regionda sülhyaratma qüvvələri olmasına baxmayaraq, əhalinin köçdüyünü, sülh danışıqları üçün səylər göstərilməsinə baxmayaraq, nəticələrin olmadığını bildirib. “Sülhməramlı qüvvələrinin postlarının olduğu kəndlərin əhalisinin 80-90 faizi evlərindən köçkün düşüb. Əgər sülrməramlıların işinə indiyədək 30 milyon avro ayrılıbsa və sonda regionda vəziyyət belədirsə, hansı işlər göürlüb?”, - deyə o sual edib. Gürcüstanlı politoloq Mataz Qulaşvili bildirib ki, prezident Saakaşvilinin ilk anda münaqişənin hərbi yolla çözülməsi arzusunun qarşısnı keçmiş müdafiə naziri alırdı. “Bu münaqişə o istefa verdikdən sonra reallaşdı. Rusiya Gürcüstanı müharibəyə çəkməklə, Saakaşvilini tələyə salmaq istəyirdi, Amerika isə Rusiyanı. Nəticələr də görünür”. Politoloq Cənubi Qafqazdakı münaqişələrin dünyada sülh üçün ciddi təhlükə olduğunu deyib. Onun fikrincə, bölgədə hələ silahlı qarşıdurma mərhələsinə keçməmiş digər münaqişələr də var. “Hamı Rusiya-Gürcüstan müharibəsindən danışır. Ancaq Ermənistan-Gürcüstan münaqişəsinin gözlənildiyindən danışanlar azdır. Belə ki, Gürcüstanda daha bir separatçılğa meylli bölgə - Cavaxetiya var. Ermənistan burada müharibəyə başlasa, çox çətin vəziyyətə düşəcək”. O, eyni zamanda, Gürcüstanın əvvəl-axır ərazi bütövlüyünü bərpa edəcəyini bəyan edib. “Gürcüstanda hamı Saakaşvili və onun ətrafı kimi düşünmür. Gürcüstanın millətçi qüvvələri var ki, hansı yolla olursa-olsun, ərazi bütövlüyünü bərpa edəcəklərini bəyan edir”, - deyə o qeyd edib. VOA
Küveyt İran səfirini Xarici İşlər Nazirliyinə çağırdı
İran edam və repressiyaları dərhal dayandırmalıdır- Hollandiya
Türkiyədə Cümhuriyyət Günü qeyd olunur
İran polisi daha bir bəlucu öldürdü
İsrail və ABŞ razılaşıb: İrana genişmiqyaslı hücum bərpa ediləcək
Türkiyədə ABŞ İran arasında görüş keçirilməsi təklif edilib
Iranda daha altı məhbus edam edilib
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Ocanda əfqanistanlılar həbs edilib
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər
Iranda daha altı məhbus edam edilib
Reuters: Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır, İrandan on milyonlarla dollar alıb
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
İran agentlərinin ABŞ ərazisində olması ehtimalı yüksəkdir- New York Times
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
Urmiya gölünün son vəziyyəti açıqlandı
Rusiyalı nüvə alimləri İrandan təxliyə edilib?
İranda daxili təyyarə biletləri 45 faiz bahalaşıb